Oktyabrın 23-də xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər ikitərəfli münasibətlərin cari vəziyyətinə dair fikir mübadiləsi aparıblar.
“Son həftə ərzində baş vermiş inkişafı müsbət dəyərləndirən nazirlər Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə bağlı İranın müvafiq qurumlarının yaydığı xəbərdarlığı, eyni zamanda, Azərbaycan tərəfindən 2 iranlı sürücünün buraxılmasını qarşılıqlı müsbət addım kimi vurğulayıblar”, - deyə məlumatda bildirilir.
Telefon danışığı zamanı Birgə Hökumətlərarası Komissiyanın, İranın yeni administrasiyası tərəfindən yenilənmiş tərkibdə fəaliyyətinin davam etdirilməsinin əhəmiyyəti ifadə olunub.
Tərəflər bütün fikir müxtəlifliklərinin dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.*
A.Salayeva
Bakı aeroportunda elektrik təchizatı tam bərpa olunub
Manat avro və lirəyə qarşı ucuzlaşıb, rubla qarşı sabitdir
Moody`s SOCAR-ın reytinqlərini “Ba2”-dən “Ba1” səviyyəsinə yüksəldib, proqnozu “stabil”ə dəyişib
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı azalıb
Yanvar-iyul aylarında Azərbaycanda əczaçılıq məhsullarının satışı 28% artıb
“Azərsu” Gəncə şəhərinin su təchizatı sisteminin yenidən qurulmasına 49,5 milyon manat yönəldəcək
Zəngilan şəhəri kiçik mərtəbəli binalardan və fərdi yaşayış evlərindən ibarət olacaq
Ucarda avtomobil yolunun tikintisinin başa çatdırılması üçün AAYDA-ya 10,1 milyon manat ayrılıb
Paşinyan və Rəisi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər
Azərbaycan XİN başçısı: İrəvan Bakı ilə sülh müqaviləsinin hazırlanmasından yayınır
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Bakı Ali Neft Məktəbinin 4 məzunu Dövlət Proqramının qalibi olub
“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu