“Anadolu” agentliyinin İdarə Heyətinin sədri və baş direktoru Serdar Karagöz Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsini əsas hadisə adlandırıb. Bu barədə “Anadolu” agentliyinin məlumatında deyilir.
Karagöz birinci Türk Şurası Media Forumu çərçivəsində təşkil olunan “Türk Dünyası Olarak Gələcəyi Qurmaq” adlı paneldə çıxış edib. İstanbulda keçirilən və 3 gün davam edəcək forum “Köklü keçmiş – güclü gələcək” mövzusuna həsr olunub.
Karagöz qeyd edib ki, Türk dünyası Qarabağ məsələsində ideya və əməli baxımdan birlik nümayiş etdirib.
“Bəyanatlarımızda mümkün olduğu qədər birlik olmağa çalışdıq. Ümumilikdə isə Qarabağ zəfəri Türk dünyasının son zamanlarda ən böyük nailiyyətlərindən biridir. Son 50 ildə 1974-cü ildə Kiprdə belə bir uğur əldə etmiştik. İkinci uğur isə Qarabağda oldu. Sadəcə topraqları işğaldan azad etmədik. Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsini qurucu zəfər hesab edirəm. Bu, birliyin qurulması üçün bir addımdır. Qarabağ zəfəri ilə birlikdə qurumlarımız, media orqanlarımız, informasiya agentliklərimiz, universitetlərimiz, alimlərimiz ortaq fəaliyyət göstərmənin və bir zəfər əldə etmənin həzzini yaşadık. Və bu, bizə yeni qapılar açır. Qarabağ zəfəri sadəcə hərbi qələbə deyil, Türk dünyasını birləşdirən möhtəşəm, qurucu bir zəfərdir, - deyə o bildirib.
“İkinci Qarabağ müharibəsi 44 gün davam etdi. Lakin bütün münaqişə dövrünü nəzərdən keçirdikdə görürük ki, dünya hegemonluğu Azərbaycanın haqsızlığa uğradığını əsla qəbul etmədi və etdirmədi. Qərb və Şərq mediasında Azərbaycanın topraqlarının işğal altında olduğuna dair iri məqalələr, analizlər, bəyanatlar yer almırdı. Yalnız Türkiyə, Azərbaycan və Türk dünyasında, qlobal miqyasda isə nisbətən kiçik media məkanında torpaqların işğalı faktını israrla diqqətə çatdırdılar”, - deyə Karagöz vurğulayıb.
Onun sözlərinə görə, mədəni hegemon o qədər güclü idi ki, illərlə Azərbaycanın Ermənistana təzyiq göstərməsi və hətta öz torpaqlarının işğal edilməsini bəyan etdikdə belə haqsız olması təəssüratı yaradılmışdı.
“Bu, münaqişənin ilk günündən zəfər gününə qədər belə davam etdi. Lakin bu müddətdə media orqanlarımız və siyasi gücümüz, siyasi avtoritet qlobal rəqabət fonunda güclənməyə başladı. Hərbi anlamda güclü olmaq yetərli deyil, siyasi anlamda da iki güclü prezident – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev çox ciddi bir iradə ortaya qoyaraq, qurumlarını, ordularını, alimlərini bu məsələdə motivasiya edərək mühüm bir prosesi başlatdılar. Biz güclənən Türkiyənin, Azərbaycanın ve Türk dünyasının təsiri ilə bu mübarizənin bir hissəsi olduq”, - deyə Karagöz bildirib.
Baş direktor qeyd edib ki, erməni diasporu dünyada ən çoxsaylı diasporlardan biridir.
“Erməni diasporu maliyyə baxımından da dünyanın ən güclü diasporlarından biridir. Bu diasporun mərkəzi Kaliforniyada, ikinci mərkəzi Fransada yerləşir. Bu iki mərkəz beynəlxalq mediaya müqavimət göstərməyə başladı. Ancaq biz haqq işimiz barədə bütün dünyaya o qədər strateji və planlı şəkildə danışdıq ki, regiona gələn xarici jurnalistlər reallıqları öz gözləri ilə gördülər. Onlar Ermənistanın törətdiyi zorakılığı gördülər, işğal edilmiş torpaqlarda dağıntıların, həm dinc vətəndaşlara, həm də tarixi irsə qarşı törədilmiş cinayətlərin şəkillərini çəkdilər. Nəticədə 44 günün sonunda zəfər qazanıldığı gün güclü erməni lobbisinə baxmayaraq, dünya ictimaiyyətindən mənfi reaksiya gəlmədi. Təkcə döyüş meydanında deyil, kommunikasiya sahəsində də zəfər qazanıldı və bu qələbə hamımıza müəyyən ideyalar verdi. O, bizi daha güclü, strateji media ilə bağlı ilhamlandırdı”, - deyə Karagöz vurğulayıb.
Onun sözlərinə görə, KİV hər zaman Qarabağ zəfərinin informasiya aspektini nəzərə almalıdır.
“Hesab edirəm ki, Türk dünyasının Qarabağ zəfəri sayəsində əldə etdiyi uğur yaxın aylarda və illərdə yeni qələbələrə və nailiyyətlərə qapı açacaq”, - deyə baş direktor qeyd edib.*
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət