Satış və xidmət mərkəzlərini yeniləməklə müştərilərinə qabaqcıl alış-veriş və üstün xidmət təcrübəsi göstərən “Nar” daha bir mərkəzini yenilədi. Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 4 ünvanında (“Azadlıq” metostansiyasının yaxınlığı) yerləşən mağaza yeni konseptə uyğunlaşdırılaraq, müştərilərin ixtiyarına verildi.
Qeyd edək ki, “Nar” mağazasında ziyarətçilərin müasir üslubda məlumat və xidmət alması təmin edilib. Mərkəzdə nömrə üzərində əməliyyatların aparılması, satışı da daxil olmaqla, müxtəlif növ xidmətlər təqdim edilir. Bundan başqa, yenilənmiş “Nar” mağazalarında mobil telefonların, cihazların və müxtəlif aksesuarların satışı da həyata keçirilir.
Özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan “Nar”, mağazalarında yeni konseptin tətbiqini bütün ölkə boyu davam etdirməkdədir. Qeyd edək ki, mobil operator paytaxt və regionlar da daxil olmaqla 23 xidmət mərkəzini tamamilə yeni konsepsiyada müştərilərin ixtiyarına verib. Sizə yaxın olan satış və xidmət mərkəzlərinin ünvanları haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
Kanada XİN başçısı Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiqlik barədə bəyan edib
Prezident Əliyev Əlcəzair ilə əməkdaşlığın aktivləşməsini zəruri hesab edir
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı azalıb
Yanvar-iyul aylarında Azərbaycanda əczaçılıq məhsullarının satışı 28% artıb
“Azərsu” Gəncə şəhərinin su təchizatı sisteminin yenidən qurulmasına 49,5 milyon manat yönəldəcək
Zəngilan şəhəri kiçik mərtəbəli binalardan və fərdi yaşayış evlərindən ibarət olacaq
Ucarda avtomobil yolunun tikintisinin başa çatdırılması üçün AAYDA-ya 10,1 milyon manat ayrılıb
Azərbaycan XİN başçısı: İrəvan Bakı ilə sülh müqaviləsinin hazırlanmasından yayınır
Bayramov: “İrəvan Cənubi Qafqazda kommunikasiyaların açılması prosesini süni şəkildə ləngidir”
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub