Azərbaycan hökuməti 2022-ci il dövlət büdcəsinin parametrləri üzrə proqnozları təkrar nəzərdən keçirdib.
Azərbaycan Prezidenti Administrasiyası “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini Milli Məclisə təqdim edib.
Təqdim olunan sənədə əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat (Maliyyə Nazirliyinin hazırladığı ilkin layihəyə əsasən, 26 milyard 407 milyon manat - İF) səviyyəsində proqnozlaşdırılır, bu da 2021-ci ilin proqnozundan 10,2% çoxdur.
Gəlirlər strukturunda 12 milyard 710 milyon manat əsas həcm müxtəlif orqanlardan (strukturlardan) transfertlərin payına düşəcək. Dövlət büdcəsinin ümumi gəlirlərində bu cür transfertlərin xüsusi çəkisi 47,4% təşkil edir.
2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 29 milyard 879 milyon manat səviyyəsində proqnozlaşdırılır (Maliyyə Nazirliyinin ilkin proqnozu – 28 milyard 974 milyon manat), bu da 2021-ci ilin proqnozundan 4,7% çoxdur.
Gələn il xərclər strukturunda 4 milyard 262,9 milyon manat ümumdövlət ehtiyacları, 1 milyard 792 milyon manat – dövlət borcun xidmətinə, 4 milyard 489,9 milyon manat – müdafiə, 3 milyard 884,3 milyon manat – təhsil, 1 milyard 788,6 milyon manat – səhiyyə, 3 milyard 565,8 milyon manat – sosial müdafiə və təminat sahələrinə yönəltmək təklif olunur.
2022-ci ildə dövlət kapital qoyuluşları 2 milyard 789,8 milyon manat (2021-ci ilin proqnozu ilə müqayisədə azalma 1,6%), erməni işğalından azad edilmiş ərazilərin bərpasına – 2,2 milyard manat (2021-ci ilin səviyyəsində saxlanılıb - İF) nəzərdə tutulur, qalanı – digər xərclərin payına düşür.
2022-ci il dövlət büdcəsinin kəsiri 3 milyard 63 milyon manat səviyyəsində proqnozlaşdırılır (2021-ci ildə 3 milyard 116 milyon manat səviyəsində proqnozlaşdırılıb).
2021-ci ildə dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 25 milyard 427 milyon manat, xərclər üzrə - 28 milyard 543 milyon manat təşkil edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət