Çərşənbə axşamı Azərbaycan hökuməti və Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Regional Yollar və İnkişaf Layihəsi” üzrə kredit müqaviləsi imzalanıb.
“Sazişi maliyyə nazir Samir Şərifov və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl imzalayıblar. Kreditin məbləği $65 milyon təşkil edib”, - “İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, vəsait Ələt-Astara-İranla dövlət sərhədi magistral avtomobil yoluna alternativ olan mövcud Yenikənd-Biləsuvar hissəsinin ikinci texniki dərəcəyə uyğun olaraq yenidən tikilməsi, yolun səmərəliliyi, təhlükəsizliyi, yeni yol xidmətlərinin keyfiyyətinin artırılması, yol ətrafında logistika və bazar infrastrukturunu idarə etmək üçün modelin yaradılması və digər texniki yardımların təmin edilməsi işlərinə yönəldiləcək.
2021-ci ilin may ayında Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycanın yeni avtomobil yolu layihəsinə $65 milyon məbləğində kreditin ayrılmasını təsdiqləyib.
Kredit vəsaiti 11 il müddəti 4 illik güzəştli müddətlə ayrılır.
Layihə ölkənin cənubundakı Yenikənd-Biləsuvar yolu boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat bağlantısını təmin edəcək və əhalinin bazara çıxışını yaxşılaşdıracaq. Bu marşrut boyunca yaşayan təqribən 250 min insan təkmilləşdirilmiş yol infrastrukturundan, iqtisadi imkanlardan və əsas xidmət obyektlərinin xidmətlərindən asanlıqla istifadə etmək imkanı əldə edəcək.
Yenikənd-Biləsuvar avtomobil yolunun yenidən qurulması layihəsinin ümumi dəyəri $95,88 milyon təşkil edir.
Layihənin dəyərinin qalan hissəsi Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək.
Layihə çərçivəsində üç əsas istiqamət maliyyələşdiriləcək. Birincisi, yollara və yardımçı kənd təsərrüfatı və logistika infrastrukturuna investisiya qoyuluşları modernləşdirilmiş yolların sosial-iqtisadi inkişafa təsirinin maksimum dərəcədə artırılması məqsədilə bazarın əlçatan olmasına kömək edəcək.
İkincisi, layihə yol şəbəkəsinin idarə edilməsi sistemlərinin hazırlanmasına texniki yardımın göstərilməsi və istifadəçilərdən rüsumun tutulması variantlarının öyrənilməsi və s. vasitəsilə yol sektorunda səmərəliliyi və maliyyə dayanıqlığını dəstəkləyəcək.
Üçüncüsü, layihə yolüstü logistikanın və bazar obyektlərinin layihələndirilməsini və təşkilini, eləcə də yerli cəmiyyətlər üçün gəlir əldə etmək imkanlarının yaxşılaşdırılması məqsədilə yerli sahibkarlara təlimlərin keçirilməsini dəstəkləyəcək.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 50-dən çox layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə $4,4 milyard məbləğində kredit ayırıb.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət