2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $1,8 milyard təşkil edib ki, bu da ötən ilin 9 ayının göstəricisindən 40,9% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısındaəsas həcm qızıl 158,2 milyon ABŞ dolları (artım 5,5%), pambıq mahlıcı - 149,5 milyon ABŞ dolları (artım 80,8%) pomidor - 128,2 milyon ABŞ dolları (azalma 23,6%), ilkin formalı polipropilen - 86,9 milyon ABŞ dolları (artım 64%), ilkin formalı polietilen (xüsusi kütləsi 0,94-dən az) - 71,9 milyon ABŞ dolları (artım 2,4 dəfə), meşə fındığı - 55,9 milyon ABŞ dolları (azalma 17%), polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr(51,4 milyon ABŞ dolları), ilkin formalı polietilenin (xüsusi kütləsi 0,94-dən çox) - 50,4 milyon ABŞ dolları (artım 75,6%) payına düşüb.
Cari ilin 9 ayı ərzində şəkər ixracı 2,1 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2,3 dəfə, pambıq iplik ixracı 3,3 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı isə 55,8%, kimya sənayesi məhsulları – 2,1 dəfə artıb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($586,5 milyon – artım 20,7%), Türkiyə ($455 milyon – artım 80,6%), İsveçrə ($174 milyon – artım 4,8%), Gürcüstan ($120,5 milyon – artım 21%) və ABŞ ($54,8 milyon – artım 3 dəfə) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 32,6%-i RF-nin, 25,3%-i Türkiyənin payına düşüb.
2020-ci ildə Azərbaycan $1,9 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin göstəricisindən 5,2% azdır. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $4 milyarda yaxın təşkil edəcək.
Əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib ki, 2021-ci ilin yekunları üzrə qeyri-neft ixracının həcmi $2,2 milyardı ötəcək.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilə qədər Azərbaycanın qeyri-neft ixracı $4 milyarda yaxın təşkil edəcək. **
B.Rüstəmbəyov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət