22 milyon manat dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilən “Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradov həbsdən azad edilib. Bu barədə yerli mətbuat Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə istinadən məlumat verir.
Bakı Ağır Cinayətlər Məhkəməsi Vidadi Muradovun onkoloji xəstəliyi ilə əlaqədar bu qərarı qəbul edib.
“Azərxalça”nın sabiq rəhbəri 9 yanvar 2021-ci il tarixində saxlanılıb. Sentyabr ayında Baş Prokurorluq məlumat verib ki, Muradovun qanunsuz əməlləri ilə əlaqədar başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb. Baş Prokurorluğun məlumatında deyilir ki, Muradov 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəməkdə təqsirləndirilir
Xüsusilə, Muradov qeyd olunan vəzifədə işləyərkən təsisçisi olmaqla faktiki rəhbərliyi həyata keçirdiyi “Azər-İlmə” MMC-nin Bakı şəhəri ərazisində yerləşən inzibati binasının “Azərxalça” ASC-yə mövcud bazar qiymətlərindən yüksək qiymətə icarəyə verib.
Bundan başqa, “Azərxalça” ASC-yə məxsus pul vəsaitinin xalça istehsalı üçün nəzərdə tutulan ipin alınması üçün formal müqavilənin bağlanması yolu ilə ayrı-ayrı hüquqi şəxslərə məxsus bank hesablarına köçürülərək sonradan nağdlaşdırılması, ölkə ərazisində tikintisi həyata keçirilmiş 23 müəssisə üzrə smeta sənədlərində iş həcmlərinin və qiymətlərin əsassız olaraq şişirdilməsi, işlərin daha ucuz və keyfiyyətsiz işlərlə əvəz edilməsi və ya yerinə yetirilməməsi və digər qanunsuz üsullarla ona etibar edilmiş ümumilikdə 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talaması müəyyən edilib.
Habelə xüsusilə külli miqdar təşkil edən cəmi 640 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınması müəyyən olunub.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmçinin, Baş Prokurorluq məlumat verir ki, istintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulması təmin edilib.
Muradovla birgə cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaq davam etdirilir.**
A.Salayeva
Kanada XİN başçısı Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiqlik barədə bəyan edib
Prezident Əliyev Əlcəzair ilə əməkdaşlığın aktivləşməsini zəruri hesab edir
Manat avro və lirəyə qarşı ucuzlaşıb, rubla qarşı sabitdir
Moody`s SOCAR-ın reytinqlərini “Ba2”-dən “Ba1” səviyyəsinə yüksəldib, proqnozu “stabil”ə dəyişib
“Azərsu” Gəncə şəhərinin su təchizatı sisteminin yenidən qurulmasına 49,5 milyon manat yönəldəcək
Zəngilan şəhəri kiçik mərtəbəli binalardan və fərdi yaşayış evlərindən ibarət olacaq
Ucarda avtomobil yolunun tikintisinin başa çatdırılması üçün AAYDA-ya 10,1 milyon manat ayrılıb
Azərbaycan XİN başçısı: İrəvan Bakı ilə sülh müqaviləsinin hazırlanmasından yayınır
Bayramov: “İrəvan Cənubi Qafqazda kommunikasiyaların açılması prosesini süni şəkildə ləngidir”
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub