“AFB Bank” 2021-ci ilin yanvar-sentyabr alıarında aktivlərini 3% - 273 milyon 72,2 min manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Sentyabrın 30-na bankın kredit portfeli 155 milyon 758,77 min manata (2020-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə azalma 14,5% - İF), xüsusilə istehlak kreditləri 19 milyon 605,22 min manata (azalma 18,5%), əmlak kreditləri 43 milyon 665,88 min manata (artım 6,4%) bərabərdir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 187 milyon 218,38 min manat (azalma 8,4%) təşkil edir. Oktyabr ayının əvvəlinə bankda depozitlər 113 milyon 703,45 min manat (artım 2,8%), fiziki şəxslərin əmanətləri 26 milyon 266,55 min manat (azalma 29,3%) məbləğindədir.
Hesabat dövrünün sonuna “AFB Bank”ın kapitalı 85 milyon 853,83 min manat (artım 11,4%), nizamnamə kapitalı 70 milyon 393,455 min manat (dəyişməyib) təşkil edib.
Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 8,676 milyon manat (2020-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 4,9 dəfə - İF) təşkil edib.
“AFB Bank” 2008-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və aktivlərin həcminə görə ölkənin 20 aparıcı bankı sırasına daxildir. Bankın səhmdarları 3 fiziki şəxsdir.**
X.Nəsirzadə
Prezident Əliyev Brüssel görüşünün nəticələrini müsbət qiymətləndirib
RF və Azərbayacan XİN başçıları Bakı ilə İrəvan arasında sülh sazişini müzakirə ediblər
Azərbaycan prezidenti Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıb
Azərbaycanda COVID-19-a 2 yoluxma faktı qeydə alınıb
Yevlaxda avtomobil yolunun tikintisi üçün AAYDA-ya 2,1 milyon manat ayrılıb
Əliyev Zəngilanın kənd təsərrüfatı və turizm potensialını təhlil etməyi tapşırıb
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Özbəkistan Azərbaycanla enerji sahəsində dialoqa açıqdır
«Yelo Bank tərəfindən verilən kreditlərin 63%-i biznesin dəstəyinə yönəlib»
“Nar” abunəçiləri rəqəmsal xidmət kanallarına üstünlük verir
Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən əsaslı təmir işləri barədə məlumat
İyunun əvvəlində Bakı Enerji Forumu keçiriləcək