Bu gün Özbəkistan nəinki Mərkəzi Asiya regionun, həm də postsovet məkanında ən dinamik inkişaf edən ölkələrdən biridir. Həmçinin, ölkə mühüm həcmdə karbohidrohgen ehtiyatlara malikdir, o cümlədən enerji sahəsində fəal və açıq siyasət yürüdür, bu da onu xarici enerji şirkətləri üçün cəlb edici edir. Həmin şirkətlərdən biri Azərbaycanın SOCAR şirkətidir, hansı ki koronavirus pandemiyasından əvvəl Özbəkistan hökuməti ilə bu ölkədə yataqların birgə işlənməsi məsələlərini müzakirə edib. “Uztransqaz” SC-nin İdarə Heyətinin sədri Behzot Narmatov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində həmin layihələr, həmçinin enerji sektorunda cari vəziyyətlə bağlı məlumat verib.
- 2018-ci ildə BP, SOCAR və “Uzbekneftqaz” arasında Üstyurd regionunda kəşfiyyat potensialına dair qarşılıqlı anlaşma memorandumu imzalanıb. Layihə hansı mərhələdədir?
- Layihə, (Özbəkistanda 3 investisiya blokunda kəşfiyyat potensialının qiymətləndirilməsi – İF) beynəlxalq şirkətlər strategiyanı dəyişib dekarbonizasiya, “yaşıl energetika” yolunu seçənədək, çox yaxşı gedirdi. Biz artıq tərəflər məhsulun pay bölgüsü və geoloji kəşfiyyat haqqında razılaşma imzalamağa hazırlaşırdıq.
SOCAR layihədə 25% pay ilə iştirak etmək niyyətində idi, lakin əsas investor BPşirkəti olub. Böyük Britaniyanın şirkətinin siyasətinin ilə layihə dayandı, hazırda bu layihəyə digər şirkətlərin cəlb olunması imkanını nəzərdən keçiririk. Bu, böyük bir layihə, dərin, yüksək elmi texnologiyalar və resurslar tələb edən neft yatağıdır. Layihə hələ də sağdır, gözləmə rejimindədir.
- SOCAR-ın layihəyə marağı qalıb?
- Bəli. SOCAR-ın layihəyə marağı qalmaqdadır, çünki layihə üzrə elmi-tədqiqat işləri BP-nin dəstəyi ilə, əsasən SOCAR-ın mütəxəssisləri tərəfindən həyata keçirilib.
- Söhbət yatağın hansı həcmdə ehtiyatlardan gedir?
- Təxmini qiymətləndirmələrə əsasən, 500 milyon barel (hasil olunan).
- Hər hansı potensial yeni şirkətlər əməkdaşlıqda maraqlıdır?
- İndi elan edə bilmərəm, lakin paralel olaraq bir neçə şirkətlə həyata keçiririk, çünki elan etməzdən və onlarla hər hansı sənədlər imzalamamışdan öncə bütün bunları SOCAR ilə razılaşdırmalıyıq, çünki onlar hələ də bizim tərəfdaşlarımızdır. Onlar olmadan irəli getmək imkanımız yoxdur.
- İki il əvvəl Özbəkistandan kimya məhsulları və gübrə ixracı məqsədilə SOCAR, “Uzbekneftqaz” və “Usximprom” arasında birgə istehsalın təşkili məsələsi müzakirə olunub. Hazırda bu məsələ hansı mərhələdədir?
- İndi bu layihələrlə əsasən “Usximprom” məşğul olur. Əgər son ili götürsək, düşünmürəm ki, Energetika Nazirliyi tərəfindən hər hansı irəliləyiş olub. “Usximprom” ilə bu məsələni bir daha müzakirə etmək lazım olacaq. Hazırda dövlət müəssisəyə həmin layihələrlə ayrıca məşğul olmaq üçün daha çox imkanlar verir. Onlar Nəvaidə böyük klaster yaradırlar. Bu, kimya klasteridir, burada yalnız gübrələr deyil, həm də kimyəvi reagentlər, kimyaya aid istehsalı mümkün olan hər şey istehsal ediləcək. Orada baza, kommunikasiyalara çıxış, hər hansı komponentlərin əldə olunması üçün istehsalat gücü var, bütün bunlar bir yerdə olacaq.
- Bir zamanlar söhbət gəzirdi ki, Azərbaycan gələcək emal üçün Özbəkistan NEZ-ə neft tədarük etmək istərdi. Bu layihə hələ də aktualdır?
- Bu cür çox sayda müzakirələr COVİD-19 ilə bağlı məlum hadisələrdən sonra daha az intensiv mərhələyə keçdi və bu iki il ərzində enerji sahəsi ətrafında qitisadiyyat sanki burulqana daxil olduvə bir çox layihələr dayandı, çünki neftin qiyməti dəyişdi (ucuzlaşmağa doğru - İF). Hazırda artıq başqa dinamikadır, qiymtlər bahalaşır. Bu gün ən bahalı – AzeriLight markalı neftdir, o hətta WTI və Brent markalarından da bahadır.
Bizdə GTL zavodu istifadəyə verilir, biz daxili bazarı idxaləvəzləyici mallarla, xüsusilə yüksək keyfiyyətli dizellə təmin edə bilərik. Bu günə avtomobil nəqliyyatının əsas kütləsi təbii qaza konvertasiya olunub, çünki qiymətlər rəqabətədavamlı, subsidiyalaşdırılmışdır. Vaxtında dövlət tərəfindən idxal malların, benzin və neft məhsulları daxil olmaqla, asılılığının azaldılması ilə bağlı proqram qəbul edilib. Buna görə, GTL zavodunu istifadəyə verməklə biz tələbatı ödəyirik. Lakin bu, neft məhsullarının idxalı imkanını axtarmayacağımız anlamına gəlmir. Burada daha çox iqtisadiyyat diktə olunur. Əgər iqtisadiyyat yaxşıdırsa, niyə də yox. Neft tədarük etmək, sərmayə yatırmaq və ya SOCAR-ın Ukrayna və ya Gürcüstanda etdiyi kimi, yanacaqdoldurma şəbəkələri açmaq Azərbaycan üçün sərfəlidirmi, o zaman, niyə də olmasın? Biz hər zaman dialoqa, bu mövzuda söhbətlərə açıçıq. Cənub qonşularımızda (Əfqanıstanda - İF) vəziyyət stabilləşdikdən sonra, bu nəinki istehlak malları, həm də enerji resurslarının iri bazarıdır. Onlar uzun zamandır təbii maye qazın ən iri idxalçıları olublar və hələ də elektrik enerjisini Özbəkistandan alırlar. Özbəkistan özü artan əhalisinin olduğu iri bazardır – 1991-ci ildə əhalisinin sayı 19,5 milyon nəfər olub, indi isə 35 milyon nəfərdir, bu, 30 il ərzində təxminən iki dəfə artım deməkdir.
- Özbəkistan qaz ölkəsi olaraq tanınır. Qazın hasilat potensialı və perspektivləri barədə məlumat almaq istərdik. Ölkəni nə gözləyir: Yaxın 5 il ərzində hansı planlar və perspektivlər mövcuddur?
- Daha elmyüklü texnologiyaların cəlb olunması gözlənilir, bu da bizə daha dərin laylarda kəşfiyyat və hasilat həyata keçirmək imkanı verəcək. Potensial mövcuddur, biz hazırda bu istiqamətdə işləyirik. Bizdə Risk Service müqavilələr əsasında yeni texnologiyaların cəlb edilməsi məqsədilə qanunvercilik bazası yaradılıb. Əvvəllər bu yox idi, yalnız Production Sharing Agreement tipli sazişlər vardı. Biz Risk Service üzrə ərmayələr cəlb etmək üzərində çalışırıq. Hazırda çox sayda kiçik yataqlarımız var, hansılar ki, son 2-3 il ərzində iqtisadi cəhətdən məqsədəuyğun olmayıb. Ancaq enerji daşıyıcılarının qiyməti artması səbəbindən, düşünürəm ki, yaxın gələcəkdə həmin yataqlar da cəlbedici olacaq, bizim təqribən 70 milyard kubmetr qaz ehtiyatımız var, bu da normal həcmdir. Məhz bu cür kiçik qaz yataqlarında hasil olunan ehtiyatlar kifayət qədərdir.
- 2021-ci ilin yekunları üzrə nə qədər hasilat həcmi ümumilikdə ola bilər?
- Təxminən 60 milyard kubmetr – ümumi hasilat həcmidir. Yəgin ki, ixrac 10%-dən az (hasilatın həcmindən - İF) təşkil edəcək. Lakin Özbəkistanda sənayeləşmənin inkişafı dinamikası, iqtisadiyyatın artımı halında, ÜDM, daxili qiymətlər ixraca rəqabətədavamlı olmağa başlayır. Çünki bu yaxınlarda hörmətli Prezidentimiz bəyan edib ki, biz qazın xammal kimi ixracını dayandıracağıq. Emal hər zaman əlavə dəyər silsiləsini yaradır, əlavə iş yerləri və s. kimi. Sənayeləşmə bir çox malların, kimyəvi preparatların, neft-qaz kimya emalı malları, polimerlərin və s. idxalına şərait yaradır, çünki Özbəkistanda müxtəlif növ məhsulların iostehsalı artır, onlara böyük tələbat var.
Biz çox sayda polipropilen idxal edirik, bizim avtomobil sənayemiz var, elektrik texnikası sahəsi inkişaf edir. Prinsipcə, 4 il öncə ölkə rəhbərliyinin müəyyən etdiyi inkişaf vektoru nəticələr verməkdədir, yəni ÜDM-in stabil artımı var. Həmçinin, əgər biz bunu emal edə biləriksə, ixrac etmək bizə lazımdırmı? Bu səbəbdən biz karbohidrogenlərin dərin emalı üzrə çox sayda layihələr icra edirik. Şurtan qaz-kimya kompleksinin istehsal gücü genişləndirilir, GTL zavodu istifadəyə verilir, indi metandan olefin istehsalı üzrə layihə var. Bu da böyük klasterlərdir. Bütün bu layihələr klaster konsepsiyası yaradacaq, hazır məhsul buraxmaq mümkün olacaq və dövlət güzəştlər təqdim edəcək. Onlar nəinki maliyyə cəhətdən, dövlətin təqdim edəcəyi güzəştlər üzrə, həm də nəqliyyat və logistika üzrə üstünlük əldə edəcəklər. Yəni, əgər polietilendən nə isə istehsal etmək istəyirsənsə, zavod var, harasa aparmaq, anbarda saxlamaq lazım deyil. Əməliyyat səmərəliliyinin artırılması, məhsulların maya dəyərinin azaldılması üzrə çox iş görülür. Bu istiqamətdə biz dünyanın, xüsusilə “böyük dördlüyün” aparıcı şirkətləri ilə çalışırıq. Texniki cəhətdən Boston Concalting Group və McKinsey & Company şirkətləri ilə işləyirik.
İndi Özbəkistan məhz konsaltinq şirkətləri üçün daha səmərəlidir, çünki biz məqsədə tez çatmaq və islahatlar zamanı olduğu kimi, həmin səhvlərə yol verməmək istəyirik. Lakin, eyni zamanda iskahatların aparılmasında iştirakmedən şirkətlər bizim istifadə etmək istədiyimiz təcrübəyə malikdirlər.
- Hazırda bərpa olunan enerji mənbələrinin payı nə qədərdir və bu istiqamətdə hansı istiqamətlər var?
- Cari ilin yekunları üzrə bərpa olunan enerji mənbələrinin payı 10%-dən çox olacaq. Ancaq 2030-cu ilə 25% paya çatmağı planlaşdırırıq.
Özbəkistanda 320 günəşli gün olur və bizdə 10 il öncə beynəlxalq maliyyə institutlarının köməyi ilə tərtib olunan küləklər xəritəsi var. Dövlət bütün bu istiqamətlərə intensiv olaraq diqqət ayırır.
- Müsahibə üçün çox sağ olun.
Söhbət etdi Anar Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət