Azərbaycan postmünaqişə dövründə Ermənistanla münasibətlərin normallaşmasına dair bir sıra təkliflər irəli sürüb, ancaq indiyədək bu təkliflərə cavab almayıb. Bunu Prezident İlham Əliyev bu gün “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.
“Biz Ermənistana bir sıra təkliflər etmişik ki, sülh müqaviləsi üzərində işləməyə başlayaq, çünki biz müharibə deyil, sülh, gələcək haqqında danışmaq istəyirik. Əfsuslar olsun ki, bu təklifə hələ də cavab verilməyib”, - deyə dövlət başçısı bildirib.
Prezident münaqişənin həll olunduğunu vurğulayıb.
O bildirib ki, Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünü tanımaqla, Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işə başlamağı da təklif edib. “Bu, həmçinin beynəlxalq hüquq normalarına və normal davranışa uyğundur. Bu təklifə də hələ baxılmayıb”, - deyə İ.Əliyev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında maksimum konstruktivlik nümayiş etdirir. “Təxminən 30 illik işğalın əziyyətlərinə, azad edilmiş ərazilərdə vandalizm və barbarlığa baxmayaraq, Azərbaycan maksimal konstruktivlik nümayiş etdirir. Biz gələcəyə nəzər salmalıyıq. Biz regionun təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olmasını təmin etməliyik”, - deyə dövlət başçısı əlavə edib.
O vurğulayıb ki, vəziyyətin gələcək inkişafı Ermənistanın mövqeyindən asılı olacaq.
“Çünki bizim mövqeyimiz tam aydındır. Mən bir daha qeyd edirəm ki, biz sülh danışıqlarına başlamağa, sülh müqaviləsini imzalamağa hazırıq. Biz səhifəni çevirmək və sərhədləri müəyyən etmək istəyirik. Görürsünüz ki, Ermənistandan cavab gəlmir və demək olar ki, bir ildir susurlar. Mənə elə gəlir ki, onlar Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcəklər. Əgər onlar əvvəlki danışıqlar illərində bizi dinləsəydilər, özlərini normal insan kimi aparsaydılar, indi bütün bunlar olmazdı”, - deyə İ.Əliyev əlavə edib.*
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət