Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
“Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə əlamətdar olan milli bayramınız münasibətilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu əlamətdar tarix Azərbaycan Respublikasının şanlı salnaməsinə ölkənizin dövlətçiliyinin və suverenliyinin möhkəmləndirilməsi naminə xalqınızın birlik, mətanət, əyilməz iradəsinin rəmzi kimi həmişəlik yazılmışdır”, - deyə Azərbaycan Prezidentinin rəsmi saytında dərc olunmuş təbrikdə bildirilir.
“İnanıram ki, Azərbaycan Sizin güclü rəhbərliyinizlə davamlı inkişaf və tərəqqi yolu ilə inamla irəliləyəcək, Qazaxıstan-Azərbaycan dostluq, qarşılıqlı dəstək və strateji tərəfdaşlıq münasibətləri isə xalqlarımızın rifahı və mənafeyi naminə bundan sonra da dərinləşəcək”, - deyə Tokayev vurğulayıb.*
E.Şəfiyev
Azərbaycanda 1 nəfər COVID-19-dan vəfat edib
ƏƏSMN: Azərbaycan hökuməti özəl pensiya fondları üzrə qanunvericilik bazanı müzakirə edir
Paşinyan Ərdoğanın inaqurasiya mərasimində iştirak edəcək
Mişel Azərbaycan və Ermənistan liderlərinin Kişineu görüşünü məhsuldar adlandırıb
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AccessBank yeni konseptli növbəti filialını təqdim etdi
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək