Rusiya Xarici İşlər Nazirliyi RF, Azərbaycan və Ermənistan liderlərinin Qarabağda atəşin dayandırılmasına dair üçtərəfli bəyanatının imzalanmasının birinci ildönümü ilə bağlı bəyanat yayıb.
“Deyə bilərik ki, 9 noyabr 2020-ci il tarixli bəyanatda qeyd olunan razılaşmalar ümumilikdə icra olunur. Eyni zamanda, Bakı və İrəvanın onun bütün müddəalarının gələcəkdə də həyata keçirilməsinə və ciddi şəkildə riayət edilməsinə sadiq qalması vacibdir”, - deyə XİN-in bəyanatında bildirilir.
Qeyd olunur ki, Rusiya sülhməramlı kontingenti regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir. Azərbaycanlı və erməni dostlarımız bunu yüksək qiymətləndirirlər.
Rusiya sülhməramlılarının iştirakı ilə 2020-ci il dekabrın 2-dən ümumilikdə 122 hərbi əsir və saxlanılan şəxs geri qaytarılıb. Onlardan 105-i Ermənistana, 17-si isə Azərbaycana qaytarılıb. Öz növbəsində, 3 paket minalanmış ərazi xəritəsi Azərbaycan tərəfinə təhvil verilib.
“Biz qalan humanitar problemlərin tez bir zamanda həlli, o cümlədən bütün saxlanılan şəxslərin azad edilməsi, bütün itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına köməklik edilməsi, həlak olanların cəsədlərinin təhvil verilməsi və minalanmış sahələrin dəqiq xəritələrinin tam şəkildə təqdim edilməsi üçün səylərimizi davam etdiririk. Mədəni, dini və tarixi irs obyektlərinin təhlükəsizliyinin təmin edilməsi də aktualdır”, - deyə bəyanatda vurğulanır.
XİN qeyd edir ki, RF tərəfdaşlarla birlikdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli bəyanatında təsbit olunmuş Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı vəzifələrini ardıcıl şəkildə həyata keçirmək niyyətindədir. “Biz Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialının üzə çıxarılmasına kömək edəcək maraqlar balansına əsaslanan konkret layihələrin tezliklə işə salınmasının zəruriliyini vurğulayırıq”, - deyə bəyanatda bildirilir.
Nazirlik Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılması və sərhədlərin delimitasiyası, ardınca isə demarkasiyası prosesinə mümkün qədər tez bir zamanda başlanılmasının vacibliyini və RF-nin bütün lazımi məsləhətləri verməyə hazır olduğunu qeyd edir.
“Biz, ilk növbədə, regionun qarşısında duran sosial-iqtisadi və humanitar vəzifələrin həlli kontekstində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xətti ilə səylərin davam etdirilməsini vacib hesab edirik. Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına kömək etmək üçün əlimizdən gələni edəcəyik, Cənubi Qafqazın sabitliyinin, təhlükəsizliyinin və iqtisadi inkişafının təmin edilməsinə dair geniş spektrli məsələlər üzrə bütün səviyyələrdə təmasların genişləndirilməsinə yönəlmiş sülh təşəbbüslərini dəstəkləyəcəyik”, - deyə Rusiya XİN-in bəyanatında vurğulanır.
Qeyd olunur ki, RF Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında mehriban qonşuluq münasibətlərinin qurulmasının, qarşılıqlı faydalı regional əməkdaşlığın inkişafının tərəfdarıdır.*
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət