Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında “COVİD-19-a Aktiv Cavab və Xərcin Dəstəklənməsi Proqramı” üzrə $350 milyon məbləğində kredit ayrılmasına dair müqavilələr imzalanıb.
Maliyyə Nazirliyinin məlumatına görə, imzalanmış sazişlər çərçivəsində Azərbaycan AİB-dən $250 milyon məbləğində kredit, AIIB-dən - $100 milyon məbləğində kredit cəlb edir.
Kreditlər 10 il müddətinə LİBOR+0,5% dərəcəsi ilə cəlb olunub.
Sazişləri Azərbaycan hökuməti adından maliyyə naziri Samir Şərifov, AİB adından - bankın Azərbaycandakı ofisinin direktoru Kemdis Makdiqan (Candice Mcdeigan), AIIB adından – bankın baş direktoru Suli Teravanintorn imzalayıblar.
“Vəsaitin cəlb olunmasında məqsəd koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə mənfi təsirinin azaldılması ilə bağlı hökumət tərəfindən həyata keçirilən tədbirlər üçün nəzərdə tutulmuş büdcə xərclərinin dəstəklənməsidir”, - məlumatda vurğulanır.
Azərbaycan hökuməti 2021-ci ildə COVID-19 infeksiyasının mənfi təsirlərinin yumşaldılmasına yönəldilmiş əlavə maliyyə dəstəyi proqramını $1 milyard 773,2 milyon məbləğində qiymətləndirir. “Bunun $100 milyonu AIIB-in, $250 milyonu Asiya İnkişaf Bankının krediti (2021-ci il iyulun 7-də təsdiq edilib), qalan $1 milyard 423,2 milyonu isə Azərbaycan hökumətinin vəsaitidir.
AİB-nin COVİD-19-a fəal reaksiya və xərclərin dəstəklənməsi Proqramı (CARES) səhiyyə, sosial müdafiə və makroiqtisadi stabillik sahəsində Azərbaycan hökumətinin cari tədbirlərinin büdcə dəstəyini təmin edəcək.
“Hökumətin səhiyyə sahəsində tədbirlərinə tibb əməkdaşlarına əlavələrin ödənilməsi, bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi, dərman və tibb avadanlıqlarının alışı, həmçinin COVİD-19 pasiyentlərinin müalicəsi və testdən keçirilməsi üzrə tibb müəssisələrinin imkanlarının genişləndirilməi daxildir”, - bank vurğulayır.
Hökumət sosial müdafiənin gücləndirilməsi məqsədilə aylıq müavinətlərin məbləğini və bu cür dəstəyin alınmasına hüququ olan ev təsərrüfatların sayını 80 minədək artırıb. Digər sosial müdafiə tədbirlərinə aylıq müavinətlərin artırılması, subsidiyalaşma və kreditləşmə sistemində güzəştlər daxildir.
Hökumət iqtisadiyyatın stabilləşməsinə yardım etmək məqsədilə bir sıra tədbirlər həyata keçirib. Bura dövlət sektorunda 17 min müvəqqəti iş yerlərinin yaradılması, pandemiyadan zərər görmüş müəssisələrə bank kreditləri üçün faiz dərəcələrinin subsidiyalaşması və ayrı-ayrı dövlət müəssisələrinin maliyyə dəstəyi daxildir.
Azərbaycan 1999-cu ildən etibarən AİB-nin üzvüdür. Əməkdsaşlıq dövrü ərzində bank respublikaya $5 milyarddan artıq məbləğində kreditlər ayırıb.
Mənzil-qərargahı Pekində yerləşən AIIB 2015-ci ilin sonunda 57 ölkə tərəfindən təsis edilib. Azərbaycan 2016-cı ilin iyun ayında bankda üzvlüklə bağlı prosedurları başa çatdırıb. Bu, bankın Azərbaycana ayırdığı ikinci kreditdir. 2016-cı ilin dekabr ayında AIIB TANAP qaz kəmərinin tikintisi üçün Azərbaycana $600 milyon məbləğində kredit ayırıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət