2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan bankları tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə $2,7 milyard məbləğində əməliyyat aparılıb ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 35,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Hesabat dövründə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi $2,7 milyard təşkil edib. Bunun 85,2%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib”, - AMB-dən bildirilir.
Cari ilin üçüncü rübündə əməliyyatların həcmi $0,8 milyard, ikinci rübdə -$0,8 milyard (I rübdə $1,1 milyard) təşkil edib.
AMB-nin məlumatına görə, son 6 ay ərzində banklar tərəfindən xarici valyuta alışı satışların həcmini ötür.
Yanvar-sentyabr aylarında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6% artaraq $19,2 milyard olub. “Nağdsız valyuta əməliyyatlarının 85,9%-i ABŞ dollarında, 14,1%-i isə digər valyutalarda aparılıb”, AMB-dən qeyd olunur.
Hesabat dövründə nağdsız valyuta əməliyyatlarının 28,7%-i banklararası valyuta bazarında (BVB), 71,3%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.**
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət