Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti" Trestinin rəisi Qağaməli Seyfullayev arasında görüş keçirilib.
Trestin ofisində keçirilən görüşdə yeni işə qəbul olunan BANM-in tələbə və məzunları, onlar üçün yaradılan şərait, əməkdaşlıq imkanları barədə müzakirə aparılıb. Bildirilib ki, bu il BANM-in 17 tələbə və məzunu "Neftqaztikinti" Trestində müxtəlif vəzifələrdə məsul işə qəbul olunub.
Görüşdə Trestin rəisi Qağaməli Seyfullayev məzunlara kifayət qədər məsuliyyətli vəzifələrin həvalə olunduğunu qeyd edərək, gənc mühəndislərin bilik və təcrübələrini müəssisənin inkişafı üçün səfərbər edəcəklərinə inandığını bildirib. Vurğulayıb ki, bu kadrların hazırlığı Trestin rəhbərliyi və kollektivini tam qane edir.
BANM-in rektoru Elmar Qasımov “Neftqaztikinti” Trestinin bu addımını Ali Məktəbə böyük etimad və etibarın bariz nümunəsi kimi dəyərləndirib. Rektor Ali Məktəb barədə məlumat verərək bildirib ki, BANM 10 il ərzində etimadı doğrultmağı bacarıb və reytinqini yüksəldərək ən nüfuzlu ali məktəblərdən biri olub: “Bizim tədris proqramımız beynəlxalq səviyyəli proqramdır. BANM-də yüksəkixtisaslı, ingilisdilli peşəkar kadrlar yetişir. Ötən 10 il ərzində Ali Məktəbimiz böyük nüfuz qazanıb. Bu nüfuz Bakı Ali Neft Məktəbinə qəbul olunan Prezident təqaüdçülərinin sayında da özünü göstərir. Əgər 10 il əvvəl BANM-ə daxil olanlar arasında Prezident təqaüdünə layiq görülən tələbələrin sayı 12 nəfər idisə, bu il həmin göstərici 33 nəfərə yüksəlib. Bu isə Azərbaycan təhsil tarixində bir ilkdir. Ali Məktəbimizin qazandığı etibarın, təlim-tədrisin yüksək səviyyədə həyata keçirilməsinin nəticəsidir ki, hətta bir ailənin bir neçə üzvü bizim tələbə və məzunumuzdur”.
Elmar Qasımov, həmçinin vurğulayıb ki, BANM hər zaman tələbə və məzunlarının yanındadır, onların işlə təminatı, karyera inkişafını daim diqqətdə saxlayır. Rektor BANM tələbələrinin bu müəssisədə istehsalat təcrübəsi keçməsini təklif edib. Qağaməli Seyfullayev bu təklifi böyük məmnunluqla qarşılayıb.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət