Noyabrın 16-da Moskvada Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında görüş keçirilib.
“Dankvert iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib, ikitərəfli ticarət məsələlərinin həllində konstruktiv dialoqun vacibliyini vurğulayıb”, - deyə “Rosselxoznadzor”un məlumatında bildirilir.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, görüşdə kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünün artırılması və məhsulların Rusiya-Azərbaycan sərhədindən keçirilməsi prosedurunun sürətləndirilməsi üzrə birgə tədbirlərin həyata keçirilməsi və yaxın vaxtlarda bununla bağlı iki ölkənin aidiyyəti qurumlarının iştirakı ilə əlavə danışıqların aparılması təklif olunub.
İclasda Azərbaycandan Rusiyaya pomidor və alma ixracına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində müzakirələr aparılıb. Qeyd olunub ki, 2020-ci il 10 dekabr tarixindən "Rosselxoznadzor" tərəfindən tətbiq edilmiş məhdudiyyətlər əməkdaşlığın genişləndirilməsi və aparılan birgə videomonitorinqlər zamanı məhsullardan götürülən nümunələrin fitosanitar ekspertizası nəticəsində tədricən aradan qaldırılır. Bu da getdikcə alma və pomidor tədarükünün daha da artırılmasına imkan verir. Hazırda Rusiya Fedarasiyasına Azərbaycanın 204 müəssisəsi və 1 kənd təsərrüfatı kooperativindən pomidor, 70 təsərrüfatdan isə alma tədarükü mümkündür.
Danışıqlar zamanı S.Dankvert və Q.Təhməzli bu istiqamətdə aparılan işlərin yekunlarına əsasən, razılığa gəliblər ki, ölkəmizdən məhsul ixrac edən təsərrüfatlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinqlər aparılaraq “Rosselxoznadzor”a karantin tətbiq edilən zərərvericilərdən azad müəssisələrin siyahısı təqdim olunsun və səlahiyyətli qurumun zəmanəti altında gələcəkdə tədarük imkanları daha da genişləndirilsin.
S.Dankvert azərbaycanlı həmkarlarına məhsulların fitosanitar vəziyyətinin monitorinqinin effektivliyinə əmin olmaq üçün gələn ilin yazında rusiyalı mütəxəssislərin Azərbaycanda pomidor və alma becərilməsi yerlərinə səfərini təşkil etməyi təklif edib.
Q.Təhməzli bildirib ki, AQTA “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti arasında pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in düzəliş edilmiş layihələrini baxılmaq üçün göndərib. Tərəflər sənədlərin tezliklə razılaşdırılmasında maraqlı olduqlarını bildiriblər.
“Rosselxoznadzor” rəhbərinin müavini Konstantin Savenkov və AQTA sədrinin müavini Rəşad Mafusov iki qurumun baytarlıq nəzarəti sahəsində əməkdaşlığına dair məsələləri müzakirə ediblər.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət