Bakı Ermənistan tərəfindən Azərbaycanın milli təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə lazımi cavabı verəcək. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır. Bəyanatın (10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın - İF) bir çox bəndlərinin yerinə yetirilməsinə baxmayaraq, həll olunmamış məsələlər hələ də qalmaqdadır. Azərbaycan məsələyə konstruktiv və müsbət yanaşır. Prezident İlham Əliyev də iki ölkə arasında sülh və münasibətlərin normallaşmasına dair açıqlamalar verib. Bakı regionda sülhün təmin edilməsi istiqamətində addım atmağa hazır olduğunu nümayiş etdirir”, - deyə C.Bayramov Türkiyənin “Anadolu” informasiya agentliyinə müsahibəsində bildirib.
Nazir Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesinin irəliləməsi üçün lazım olan şərtləri açıqlayıb.
“Ən önəmli şərt beynəlxalq hüquqa uyğun şəkildə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Ermənistan dialoq çağırışlarını qəbul etmək məcburiyyətindədir. Ermənistan tərəfi bunu nə qədər tez başa düşsə, yeni dialoqları qəbul etsə, qonşularına qarşı hörmətlə davransa, sərhədləri qəbul edib qonşu dövlətlərin torpaqlarına iddia etməsə, o zaman problem həll olunar. Bakı və İrəvan arasında münasibətlərin normallaşması həm də Ermənistanın və erməni xalqının maraqlarına cavab verir”, - deyə o vurğulayıb.
XİN başçısının sözlərinə görə, İrəvanda torpaq iddialarına yönəlik açıqlamalar səsləndirilir. “Bunlar çox təhlükəli açıqlamalardır. Ermənistan siyasətçilərini daha ağıllı, daha məsuliyyətli hərəkət etməyə çağırırıq. Son 30 ildə baş verən prosesləri təhlil edərkən, qonşu ölkələrə qarşı ərazi iddiaları siyasətinin Ermənistana nə qədər çox problem və fəlakətlər gətirdiyi aydın olur. Ümid edirəm ki, İrəvan düzgün nəticələr çıxaracaq”, - deyə C.Bayramov vurğulayıb.
O əlavə edib ki, Ermənistan beynəlxalq hüquq normalarına əməl etməzsə və Azərbaycanın milli təhlükəsizliyini təhdid edən addımlar atarsa, Bakı heç tərəddüd etmədən lazımi cavabı verəcək.
Ermənilərin Azərbaycanla sərhəddə törətdiyi təxribatları şərh edən C.Bayramov onların iflasa uğradığını deyib. “Sərhəd problemini həll etmək, Ermənistan ilə Azərbaycan arasında birgə komissiya yaratmaq və sərhədlərin delimitasiya və demarkasiyasına başlamaq lazımdır. Bu prosesin başlaması ilə sərhəddə gərginlik də azalar”, - deyə nazir bildirib.*
E.Şəfiyev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət