Yelo Bank Özünüməşğulluq Proqramı çərçivəsində fərdi sahibkarlıqla məşğul olmaq istəyən daha 4 vətəndaşa dəstək oldu. Belə ki, vətəndaşlar Bank tərəfindən bizneslərinin inkişafı üçün lazım olan avadanlıqlarla təmin edilib.
Lənkərandan dərziliklə məşğul olmaq istəyən Məmmədova Gülşən bir neçə xüsusi tikiş maşını ilə, Qənbərov Zaur elektrik dəzgahı və müxtəlif texniki avadanlıqlarla, Əskərov Elçin isə quşçuluq biznesini reallaşdırmaq üçün broyler inkubatroru ilə təmin edildi. Sumqayıt şəhərindən Alıyev Ramin isə avtomobil təmiri üçün nəzərdə tutulmuş elektrik alətləri ilə təmin edilərək arzuladığı sahibkarlıq fəaliyyətini reallaşdırmağa dəstək olundu.
Qeyd edək ki, Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlarımız istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Yelo Bank bu tip sosial layihələrin həyata keçirilməsinin əhəmiyyətini anlayır və hər zaman sosial proqramlara xüsusi diqqət yetirir. Bank özünüməşğulluq proqramına ilk qoşulanlardan olmaqla yanaşı bu layihənin reallaşdırılmasına dəstək olmağa davam edəcək.
Qeyd edək ki, Yelo Bank sahibkarlar üçün mikro biznes krediti birbaşa karta köçürmə imkanı da yaradıb. Bunun üçün yalnız bir dəfə banka yaxınlaşaraq kart almaq və krediti rəsmiləşdirmək kifayətdir. Növbəti kredit məbləği üçün banka gəlməyə ehtiyac olmayacaq, vəsait birbaşa karta köçürüləcək.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!
Yelo Bank – Parlaq bankçılıq!
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət