ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı İrəvan və Bakını Azərbaycan-Ermənistan sərhədində gərginliyi aradan qaldırmağa çağırıb.
“Mən deeskalasiya prosesinə davam etməyə çağırdım. Minsk qrupunun həmsədrləri və şəxsi nümayəndəmin fəaliyyətinə dəstəyimi bir daha təkrar etdim”, - deyə ATƏT sədri Twitter hesabında yazıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, telefon söhbəti zamanı Ann Linde bu il noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginlikdən narahatlığını ifadə edib, hər iki tərəfi vəziyyətin gərginləşdirilməsindən çəkinməyə və konstruktiv dialoqa çağırıb.
Nazir Ceyhun Bayramov baş verən gərginliyin Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilən silsilə təxribatçı addımlardan növbəti biri olduğunu qeyd edib. O, bölgədə vəziyyətin gərginləşməsi və üçtərəfli Bəyanatın icrasına maneələr törədilməsinin məsuliyyətinin bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərində olduğunu vurğulayıb.
“Ermənistanın Azərbaycanı beynəlxalq hüququn prinsipləri əsasında delimitasiya prosesinə başlamaq çağırışına qarşılıq vermədiyini Lindenin diqqətinə çatdıran Ceyhun Bayramov məsələnin konstruktiv dialoq vasitəsilə həllinin alternativinin olmadığını söyləyib”, - deyə məlumatda qeyd olunur.
Telefon danışığı zamanı tərəflər, həmçinin ATƏT-in Stokholmda keçiriləcək nazirlər görüşünə hazırlıqla bağlı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.*
E.Şəfiyev
AİBNDX ərzaq bazarında pozuntulara görə 14 şirkətə qarşı iş qaldırıb
“Bank BTB” 5 milyon manat məbləğində istiqrazlar yerləşdirəcək
XİN: Azərbaycan İraqdan iki uşağı repatriasiya edib
Azərbaycanda COVID-19-a 9 yoluxma faktı qeydə alınıb
Əliyev XXXIII Yay Olimpiya Oyunlarını yayım hüququnun əldə edilməsi üçün $640 min ayırıb
Yevlaxda avtomobil yolunun tikintisi üçün AAYDA-ya 2,1 milyon manat ayrılıb
Əliyev Zəngilanın kənd təsərrüfatı və turizm potensialını təhlil etməyi tapşırıb
Blinken: ABŞ sərhədlərin demilitarizasiyasında Ermənistan və Azərbaycana yardım etməyə hazırdır
Paşinyan Əliyev və Mişellə Brüssel görüşünü müsbət qiymətləndirib
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Özbəkistan Azərbaycanla enerji sahəsində dialoqa açıqdır
«Yelo Bank tərəfindən verilən kreditlərin 63%-i biznesin dəstəyinə yönəlib»
İyunun əvvəlində Bakı Enerji Forumu keçiriləcək