Rusiyalı politoloq və hərbi ekspert İqor Korotçenkonun “Facebook” səhifəsi “Niyə 30 il ərzində Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində heç nə inşa etməyib?” sualına görə bağlanıb.
““Facebook” səhifəmdə çox sadə, aydın və konkret sual yerləşdirdim: Niyə ermənilər 30 ilə yaxın müddət ərzində Azərbaycanın işğal edilmiş ərazilərində heç nə inşa etməyiblər, hər şeyi dağıdıb və talan ediblər? Mən bu sualı konkret olaraq Şuşa şəhərində öz gözlərimlə gördüyüm vəziyyətə əsasən vermişdim. Orada biz (rusiyalı ekspertlər və politoloqlar noyabrın 13-14-də Şuşada olublar - İF) təhqir olunmuş məscidləri, məbədləri, dağıntıları və faktiki olaraq yandırılmış torpaqları gördük. Sual sanki sadə və aydın idi. Lakin bu gün “Facebook”dan bildiriş gəldi ki, bu sual ictimai qaydaları pozur və bu səbəbdən paylaşım və şərhlərə çıxış imkanım 3 günlük məhdudlaşdırılır”, - deyə Korotçenko sözügedən vəziyyəti “Region+” jurnalına şərh edib.
Politoloq qeyd edib ki, “V-Media” YouTube kanalında yayımlanmış və onun da “Facebook” səhifəsində paylaşdığı, erməni vandalizmi ilə bağlı faktların yer aldığı filmə FB administrasiyası irad tuta bilməyib. “Mənim sualımla bağlı ermənilər şikayət edib, filmi isə qadağan etdirməyi bacarmadılar! Çünki onda dəhşətli həqiqətlər öz əksini tapıb!”, - deyə Korotçenko vurğulayıb.
Daha sonra o, KİV-in reaksiyası sayəsində “Facebook”un bloku aradan qaldırdığını bildirib.
“Əlbəttə, “Niyə 21-ci əsrdə Ermənistan özünü orta əsrlərin barbarı kimi aparıb?” sualını verən və hələ də cavab almayan məni və minlərlə digər insanı susdurmaq olar. İstənilən halda, Ermənistan isteblişmenti bu suala cavab verməli olacaq: “Nəyə görə onlar işğal olunmuş Azərbaycan ərazilərində hər şeyi məhv və talan ediblər, heç nə yaratmadan yalnız ölüm və dağıntı yayıblar?””, - deyə rusiyalı politoloq bildirib.
Qeyd edək ki, “V-Media” Youtube kanalında yayımlanmış “Heç İŞİD terrorçuları da belə vəhşiliklər törətməyib” filmində onlardan fərqli olaraq, ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarında daşı-daş üstə qoymaması, qəbiristanlıqları dağıtması və qəbirləri talamasından bəhs edilir.*
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət