“Silk Way West Airlines” MMC noyabrın 19-da $10 milyon məbləğində 3 illik istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirib. Bu barədə Bakı Fond Birjasının (BFB) məlumatında deyilir.
Hərrac zamanı 33 investor tərəfindən 38 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği $10,655 milyon təşkil edib. Hər birinin nominal dəyəri $1 min olan 10 min ədəd istiqrazın nominal qiymətlə yerləşdirilmiş həcmi isə $10 milyon təşkil edib. İstiqrazların illik faiz dərəcəsi 5%-dir, faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödəniləcək.
Xəbər verildiyi kimi, “Silk Way West Airlines” $50 milyon dəyərində istiqrazların emissiyasını planlaşdırır. Emissiya bir neçə tranş üzrə həyata keçiriləcək.
Şirkət cəlb olunan vəsaiti genişlənmə strategiyası çərçivəsində yeni layihələrin həyata keçirilməsinə, həmçinin cari layihələrin reallaşdırılması prosesinin sürətləndirilməsinə yönəldəcək.
“Silk Way West Airlines” hava yolu yükdaşıma şirkətinin əsası 2012-ci ildə Bakıda qoyulub. Nizamnamə kapitalı 172 milyon 091,168 min manatdır. Aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 350 min ton təşkil edir. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli “Silk Way West Airlines” ayda 40 istiqamət üzrə 350-yə yaxın uçuş həyata keçirir. Aviaşirkətin donanması ən müasir təhlükəsizlik sistemləri ilə təchiz olunmuş 12 ədəd “Boeing 747-8F” və “Boeing 747-400F” yük təyyarəsindən ibarətdir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət