“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Xəzər dənizinin Azərbaycan sektorunda naviqasiyanın təhlükəsizliyinin təmin edilməsinə dair görüş tə.kil edib.
Görüşdə ASCO, SOCAR, Dövlət Dəniz və Liman Agentliyi, Hərbi Dəniz Qüvvələrinin Hidroqrafiya İdarəsi və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələri iştirak ediblər.
“Görüşdə Xəzər dənizinin Azərbaycan sektorunda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə istismarı başa çatmış dəniz özülləri, estekadalar və digər metal konstruksiyaların dəniz dibindən kəsilərək çıxarılması, bununla əlaqədar dəniz xəritələrinin yenidən nəşri, Hidroqrafiya İdarəsi tərəfindən Azərbaycan bayrağı altında üzən gəmilər üçün Xəzərin elektron xəritəsinin yenilənməsi, Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş limanların dəniz akvatoriyası və gəmilərin yanalma körpülərinin yeni nəşr xəritələrində göstərilməsi kimi məsələlər müzakirə olunub”, - ASCO-nun məlumatında deyilir.
Müzakirələrin nəticəsində qərara gəlinib ki, SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda gördüyü işlər (özüllərin tikintisi, təmiri itismarı başa çatmış özüllərin sökülməsi, sualtı boru xətlərinin çəkilməsi-sökülməsi və s) barədə HDQ Hidroqrafiya İdarəsinə, eləcə də Dövlət Dəniz və Liman Agentliyinə məlumat verəcək.
HDQ-nin Hidroqrafiya İdarəsi ilk növbədə Səngəçalda (N.Nərimanov NQÇİ) SOCAR tərəfindən görülmüş işlərə müvafiq olaraq dəniz xəritələrinin yenilənməsini, Xəzər dənizinin elektron xəritələrinin müvafiq standart və tələblərə uyğunlaşdırılmasını, Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş limanların dəniz akvatoriyası və gəmilərin yanalma körpülərinin yeni nəşr xəritələrində göstərilməsini, naviqasiya ədəbiyyatlarının korrektəsini təmin edəcək.
Bundan başqa, gəmi heyəti dənizdə xəritələrdə göstərilməyən uyğunsuzluq aşkar etdikdə (hər hansı üzən obyekt, dərinliklərin dəyişdirilməsi və s.) ASCO-ya məlumat verməli, öz növbəsində ASCO həmin məlumatların Hidroqrafiya İdarəsinə ötürülməsini təmin etməlidir.
Görüşdə sözügedən işlərin icrasına nəzarət məqsədilə aidiyyatı qurumların əməkdaşlarından ibarət komissiyanın yaradılması və komissiya üzvlərinin ayda bir dəfə toplanması barədə razılığa da gəlinib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət