Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası Rusiya Müdafiə Nazirliyində olan sovet xəritələri əsasında həyata keçirilməlidir. Bu barədə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bəyan edib.
“Sovet dövrünə aid xəritələr yalnız bizdə - Müdafiə Nazirliyində olduğuna görə, Rusiya öz köməkliyini təklif etdi. Onlar yoxlamılmış və dəqiqdir, Ermənistanla Azərbaycan arasında dəqiq sərhədi müəyyən edirlər. Həmin xəritələr əsasında əminliklə danışıqlar aparmaq mümkündür, həm Ermənistan, həm də Azərbnaycan bu yanaşmanı dəstəkləyirlər”, - Matviyenko cümə axşamı Sankt-Peterburqda MDB PA-nın Şura və 53-cü plenar iclasları çərçivəsində Azərbaycan Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş zamanı bildirib.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında dəqiq sərhədləri təyin edən digər sənədlər mövcud deyil.
“Lakin danışıqlar (delimitasiyanın başlanması ilə bağlı - İF) asan aparılmır. Anlayış və razılıq var, ancaq proses asta gedir. Bu səbəbdən müəyyən gərginlik davam edir. Biz (Rusiya - İF) dinc və sabit Cənubi Qafqazda maraqlıyıq və bunun üçün əlimizdən gələni edəcəyik”, - Matviyenko əlavə edib.
O vurğulayıb ki, “bu gün əsas vəzifə ondan ibarətdir ki, sərhədin delimitasiyasınıelə həyata keçirmək lazımdır ki, heç kəsdə hərbi əməliyyatları bərpa etmək arzusu oyanmasın”.
Öz növbəsində, Qafarova qeyd edib ki, Azərbacan regionda sülh və təhkükəsizliyə yönəlib, bu olmadan bütün Cənubi Qafqazda sülh və sabitlik barədə danışmaq mümkün deyil. **
E.Şəfiyev
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət