Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərdə ciddi insidentlər baş verməyib.
“Bu gün Ermənistan-Azərbaycan problemi barədə ətraflı danışacağıq. Qeyd etməliyəm ki, bu il və ya Rusiya sülhməramlı qüvvələri fəaliyyətə başlayandan – 10 noyabr 2020-ci ildən etibarən bir il ərzində Rusiya sülhməramlılarının məsuliyyət zonasında ciddi insidentlər baş verməyib”, - Əliyev cümə günü Soçidə Rusiya prezidenti Vladimir Putin ilə ikitərəfli görüş zamanı bildirib.
Azərbaycan lideri qeyd edib ki, ötən dövr ərzində Qarabağda yalnız kiçik insidentlər qeydə alınıb. “Hərbi qarşıdurma, hər hansı ciddi hadisələr baş verməyib. Sistemli böhran xarakterli daşımayan təsadüfi insidentlər baş verib”, - Əliyev qeyd edib.
Lakin Əliyev qeyd edib ki, Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi toqquşmalar olub.
“Azərbaycanın Ermənistanla sərhədində hərbi toqquşmalar baş verib, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Buna baxmayaraq, bütün bunlar bizi vadar edir ki, hər şeyə daha ətraflı baxaq, danışaq, həmçinin üçtərəfli formatda, riskləri necə minimuma endirək və Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli həlli üzərində çalışaq”, - Əliyev vurğulayıb.
O əlavə edib ki, rəsmi Bakı Qarabağda sülhün dəstəklənməsi məsələsində Rusiyanın rolunu yülsək qiymətləndirir.
“Bu məsələdə sizin şəxsən rolunuzu, yüksək nümayəndələrin, RF hökumətinin rolunu və əlbəttə ki, Qarabağda sülhün dəstəklənməsi üzrə Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndiririk və ümid edirik ki, gələn il bu iş davam etdiriləcək və həmçinin, yaxşı nəticələr olacaq”, - Əliyev vurğulayıb. **
X.Nəsirzadə
Azərbaycan oktyabrda Səudiyyə Ərəbistanı və BƏƏ-yə ixrac missiyası təşkil edəcək
Çin yanvar-fevral aylarında Azərbaycandan $7 milyona yaxın məbləğdə neft məhsulları alıb
Qurbanov “Azneft” İstehsalat Birliyinin baş direktoru təyin edilib
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət