Azərbacan və Türkiyə XİN başçıları Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilir.
“İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Aşqabad şəhərində keçirilən 25-ci iclası çərçivəsində Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında görüş keçirilib. Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər”, - XİN-in məlumatında deyilir.
“Tərəflər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər barədə fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunur.
Bundan əlavə, XİN başçıları beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. **
A.Salayeva
“Bank of Baku” 2021-ci ildə istehlak kreditləri üzrə portfelini 46,5% artırıb
“Air Arabia” iyunun 28-dən Əbu-Dabidən Bakıya birbaşa reys həyata keçirəcək
“Bank of Baku” 2021-ci ildə dividendlərin ödənilməsinə 6 milyon manat yönəldib
Azərbaycanda COVID-19-a 9 yoluxma faktı qeydə alınıb
Əliyev XXXIII Yay Olimpiya Oyunlarını yayım hüququnun əldə edilməsi üçün $640 min ayırıb
Yevlaxda avtomobil yolunun tikintisi üçün AAYDA-ya 2,1 milyon manat ayrılıb
Əliyev Zəngilanın kənd təsərrüfatı və turizm potensialını təhlil etməyi tapşırıb
Paşinyan Brüsseldə Əliyev və Mişellə görüşünü müsbət qiymətləndirib
Borrel: Aİ İrəvan və Bakıdan davamlı sülhə nail olmaq üçün konkret addımlar gözləyir
Ermənistan Azərbaycanla dövlət sərhədinin delimitasiyası üzrə komissiya yaradıb
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Özbəkistan Azərbaycanla enerji sahəsində dialoqa açıqdır
«Yelo Bank tərəfindən verilən kreditlərin 63%-i biznesin dəstəyinə yönəlib»
İyunun əvvəlində Bakı Enerji Forumu keçiriləcək