Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Hüseyn Əmir Abdullahian regiondakı hazırki vəziyyəti müzakirə ediblər.
“İƏT Xarici İşlər Nazirləri Şurasının Aşqabadda keçirilən iclası çərçivəsində Azərbaycan və İran İslam Respublikasının XİN başçıları görüşüblər. Nazirlər bölgədəki cari vəziyyət, o cümlədən üç ölkə liderinin Soçi görüşü və 26 noyabr tarixində imzalanmış Bəyanat, ümumilikdə üçtərəfli bəyanatların icrası məsələləri, eləcə də bölgədə 3+3 formatında əməkdaşlıq platformasının vacibliyi ilə bağl fikir mübadiləsi aparıblar”, - XİN-in məlumatında deyilir.
Bundan əlavə, nazirlər BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Nyu Yorkda baş tutan görüşləri, habelə çoxsaylı telefon danışıqları zamanı əldə olunan razılaşmaların icrası istiqamətində aparılan konstruktiv işləri alqışlayıblar.
Onlar Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrlərinin cari ilin 21 noyabr tarixində Tehranda keçirilən görüşündən məmnunluq ifadə ediblər.
Tərəflər, həmçinin digər mühüm regional məsələlər, o cümlədən Əfqanıstanda vəziyyət və onun ölkə daxili və ətraf bölgəyə təsiri, eyni zamanda İranın nüvə proqramı və bu xüsusda Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə Vyanada aparılan danışıqlar ətrafında fikir mübadiləsi aparıblar.
“XİN başçıları iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, - məlumatda qeyd olunur. **
A.Salayeva
“Bellesbumprom” I rübdə Azərbaycana ixracı 31% artırıb
“Himmara Audit” “Aqroservis”in 2021-ci il üzrə maliyyə hesabatının auditini aparacaq
Yevlaxda avtomobil yolunun tikintisi üçün AAYDA-ya 2,1 milyon manat ayrılıb
Əliyev Zəngilanın kənd təsərrüfatı və turizm potensialını təhlil etməyi tapşırıb
Paşinyan Brüsseldə Mişellə görüşüb
Nauseda: “Litva Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun tərəfdarıdır”
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Özbəkistan Azərbaycanla enerji sahəsində dialoqa açıqdır
«Yelo Bank tərəfindən verilən kreditlərin 63%-i biznesin dəstəyinə yönəlib»
“Nar” yerli İKT peşəkarlarının yetişməsinə dəstək olur
SOCAR Energy Georgia Caspian Energy Club üzvləri ilə görüş keçirib.
YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbi 1-ci Rəqəmsal İdeya Müsabiqəsi keçirib
İyunun əvvəlində Bakı Enerji Forumu keçiriləcək