SOCAR “Petkim” neft-kimya kompleksi və STAR neft emalı zavodunun birləşməsi hesabına $35-40 milyona qənaət edib. Bunu “SOCAR Turkey Refining and Petrochemical Business Unit”in prezidenti Anar Məmmədov deyib.
““Petkim” və STAR-ın inzibati hissə üzrə inteqrasiyası artıq başa çatıb. Bu iki müəssisənin inteqrasiyası hesabına $35-40 milyona qənaət etmək mümkün olub”, - deyə A.Məmmədov bu gün İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib.
O, həmçinin qeyd edib ki, hazırda “Petkim” və STAR-ın informasiya-kommunikasiya sistemlərinin (o cümlədən rəqəmsallaşma üzrə) inteqrasiyası davam etdirilir. “Müəssisələrin rəqəmsal sistemlərinin inteqrasiyasını 2022-ci ildə başa çatdırmağı planlaşdırırıq”, - deyə A.Məmmədov əlavə edib.
Daha əvvəl A.Məmmədov bildirmişdi ki, “Petkim” və STAR-ın inteqrasiyası ciddi vergi və digər üstünlükləri təmin edə bilər. “Bu, sadə proses deyil, çünki “Petkim” publik şirkətdir, STAR NEZ isə yox, buna görə də ciddi hüquqi və vergi prosedurları tələb olunacaq. Ehtimallarımıza görə, bu, iki-üç il çəkə bilər”, - deyə o, Türkiyənin “Bloomberg HT” telekanalına müsahibəsində qeyd edib.
19 oktyabr 2018-ci il tarixində “STAR” NEZ-in işə salınması mərasimi keçirilib. NEZ-də “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı planlaşdırılır. Zavodda illik 1,6 milyon ton nafta, 1,6 milyon ton reaktiv yanacaq, 4,8 milyon ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsalı nəzərdə tutulur.
Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla Aralıq dənizi bazarına çıxmasına imkan verib.
Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.
“Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət