Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkətinin rəhbərliyi "Vejnəli" qızıl yatağını, o cümlədən ərazidəki mövcud mədənləri qiymətləndirmək üçün Zəngilan rayonuna səfər Bu barədə şirkətdən məlumat verilir.
2020-ci ilin payızında Ermənistan və İranla sərhəddə yerləşən Zəngilan rayonu erməni işğalından azad olunub.
“Azərbaycan hökuməti ölkədə qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining Plc” (AAM) şirkətinin işçilərinə işğaldan azad olunan Zəngilan rayonuna giriş icazəsi verib”, - şirkətin məlumatında deyilir.
“Sirkətin baş icraçı direktoru və prezidenti Reza Vəziri də daxil olmaqla şirkətin yüksək menecment üzvləri dekabrın əvvəlində "Vejnəli" müqavilə sahəsini, o cümlədən ərazidəki mövcud mədənləri qiymətləndirmək üçün Zəngilana səfər edəcəklər”, - məlumatda deyilir.
Qiymətləndirmə zamanı mövcud ehtiyatlar tədqiq ediləcək və analiz üçün geoloji nümunələr toplanacaq, yeraltı mədənin hazırda əlçatan olan girişləri tədqiq ediləcək, həyata keçiriləcək işlərə işçilərin müqavilə ərazisində yerləşməsini təmin etmək üçün tələb olunan təmir və digər işlərin səviyyəsini müəyyən etmək üçün mövcud düşərgə obyektləri yoxlanılacaq.
“Bu qiymətləndirmə aktivin inkişafının ilk mərhələsidir. Şirkət yaxın gələcəkdə "Vejnali" yatağından filizin kəşfiyyatı və emalına başlamağı ümid edir», - şirkətdən vurğulanır.
Xəbər verildiyi kimi, hazırda Azərbaycan hökuməti işöal dövründə "Vejnəli" yatağında qanunsuz hasilat həyata keçirən xarici şirkətləri məhkəməyə vermək məqsədilə hazırlıq işləri aparır.
“Vejnəli” müqavilə sahəsi Əmirbəyli kəndi və Ağbənd qəsəbəsi yaxınlığında yerləşir, sahəsi təxminən 300 kvadrat kilometri təşkil edir. Sovet Təsnifatına görə, yatağın ehtiyatları 6,5 ton qızıl (C1 + C2) və 2,3 ton qızıl (P1) və 3 min ton mis təşkil edir.
Xəbər verildiyi kimi, Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin III rübündə “Qoşa” yatağından, 2015-ci ilin yayında “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.
Hazırda “Anglo Asian Mining” qiymətli metal hasilatını “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən həyata keçirir. **
A.Əzizov
Əliyev: “Bakı Cənubi Qafqazı sülh və əməkdaşlıq bölgəsi kimi görmək istəyir”
ICESCO-nun xüsusi missiyası Azərbaycanın azad edilmiş ərazilərinə səfər edəcək
Azərbaycanda mayın əvvəlindən bəri ilk dəfə COVID-19-dan ölüm qeydə alınıb
I rübdə Azərbaycanda bağlanmış nikahların sayı 41% artıb, boşanmaların sayı 2% azalıb
Yevlaxda avtomobil yolunun tikintisi üçün AAYDA-ya 2,1 milyon manat ayrılıb
Əliyev Zəngilanın kənd təsərrüfatı və turizm potensialını təhlil etməyi tapşırıb
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Özbəkistan Azərbaycanla enerji sahəsində dialoqa açıqdır
«Yelo Bank tərəfindən verilən kreditlərin 63%-i biznesin dəstəyinə yönəlib»
İyunun əvvəlində Bakı Enerji Forumu keçiriləcək