Milli Məclisin bu gün keçirilən plenar iclasında İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi III oxunuşda qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
2022-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri 180 milyon 375,536 min manat məbləğində (2021-ci ilin göstəricisi ilə müqayisədə artım 14,3%) proqnozlaşdırılır.
2022-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşacaq: işsizlikdən sığorta üzrə sığorta haqları, cəmi 136 milyon 418,476 min manat, o cümlədən: büdcədən maliyyələşən təşkilatlar üzrə - 21 milyon 709,238 min manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə - 21 milyon 709,238 min manat, qeyri-büdcə sektoru üzrə - 93 milyon manat, 2021-ci ilin sonuna Fondun istifadə olunmamış vəsaiti - 43 milyon 907,06 min manat və sair mənbələr.
Xərclərin strukturunda işsizliyə görə sığorta ödənişləri 8,5 milyon manat, peşə hazırlığının təşkili və əlavə təhsil xərcləri 9 milyon manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi xərcləri 2 milyon manat, əmək yarmarkalarının, əmək birjalarının təşkili xərcləri 1 milyon manat, haqqı ödənilən ictimai işlərin təşkili xərcləri 2,5 milyon manat təşkil edəcək.
Bundan əlavə, gələn il özünüməşğulluq tədbirlərinin təşkilinə 76 milyon 109,816 min manat, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılmasına 43 milyon 765,72 min manat, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsinə 30 milyon manat yönəldiləcək.
Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsininmaliyyələşdirilməsi xərcləri 3 milyon manat, peşə standartlarının hazırlanması xərcləri 1 milyon manat, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün əlavə iş yerlərinin yaradılması xərcləri 1 milyon manat, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi xərcləri 1,5 milyon manat, qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv tədbirlər üzrə xərclər 1 milyon manat təşkil edəcək.*
X.Nəsirzadə
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət