Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişikliklər III oxunuşda qəbul edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, dəyişikliklər həm müxtəlif istiqamətlər üzrə vergi güzəştlərinin (vergidən azad etmə daxil olmaqla) tətbiq edilməsini, həm də müxtəlif mallara görə aksiz dərəcələrinin və müxtəlif pozuntulara görə cərimələrin artırılmasını nəzərdə tutur.
Sənədə əsasən, içməli spirt (etil spirti), araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatlarının hər litrinə tətbiq olunan aksiz dərəcəsi 3,2 manatdan 4 manata qaldırılır.
Tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır.
Bundan başqa, dəyişikliklər istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 3000 kubsantimetrdən çox olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılmasını nəzərdə tutur. Mühərrikin həcmi 4000 kubsantimetrədək olan minik avtomobillərinə görə aksiz dərəcəsi 5,6 min manat, mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 15 manat (hazırda 13 manat) təşkil edəcək.
Mühərrikin həcmi 5000 kubsantimetrədək olan minik avtomobillərinə görə aksiz dərəcəsi 18,6 min manatdan 20,6 min manata, mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 35 manatdan 40 manata qədər artırılır.
Mühərrikin həcmi 5000 kubsantimetrdən çox olan minik avtomobillərinə görə aksiz dərəcəsi 53,6 min manatdan 60,6 min manata, mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 70 manatdan 80 manata qədər artırılır.
Dəyişikliklərə əsasən, 2022-ci il yanvarın 1-dən etibarən pərakəndə ticarətdə nağd hesablaşmalar üçün nəzərdə tutulan limit 4 min manat olacaq. Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq ödənişlər yalnız nağdsız qaydada həyata keçirilə biləcək.
Dövlət Vergi Xidmətinin qiymətləndirmələrinə görə, bu dəyişikliklər nəticəsində 2022-ci ildə dövlət büdcəsinə 65 milyon manatdan artıq əlavə vəsait daxil olacaq.
Eyni zamanda, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və yaralanmış hərbi qulluqçular üçün vergi güzəştlərinin tətbiq edilməsini nəzərdə tutur. Həmçinin hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad edilir.
2022-ci il yanvarın 1-dən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı ( nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmayacaq.
Maliyyə Nazirliyi Vergi Məcəlləsinə dəyişikliklər çərçivəsində təqdim edilən güzəştləri ildə 50 milyon manat məbləğində qiymətləndirir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət