2022-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” yatağından qaz hasilatı 22,8 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır, bu da 2021-ci ilin proqnoz göstəricisini 7% ötəcək.
“İnterfaks-Azərbaycan”ın əldə etdiyi ARDNF-nin 2022-ci ilin büdcəsi üzrə Hesablama Palatasının rəyində qeyd olunur ki, 2022-ci ildə “Şahdəniz” yatağından kondensat hasilatı 33,3 milyon barrel (2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə artım 4,7% - İF) səviyyəsində proqnozlaşdırılır.
Xəbər verildiyi kimi, “BP-Azerbaijan” şirkəti 2021-ci ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından 16 milyard kubmetr qaz hasil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 20,3% çoxdur. Cari ilin 9 ayında “Şahdəniz” yatağından təxminən 24 milyon barel kondensat (3 milyon ton) hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 11,1% çoxdur.
Xəbər verildiyi kimi, 2020-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 18,1 milyard kubmetr qaz (artım 7,7%) və 3,6 milyon ton kondensat (artım 2,8%) hasil edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət