Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub. Bu barədə XİN-dən məlumat verilir.
“Tərəflər bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında münaqişə sonrası münasibətlərin normallaşdırılması üzrə danışıqların mövcud durumu ətrafında fikir mübadiləsi aparıblar. Donfrid Azərbaycanın 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verməsini, habelə Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməsini münasibətlərin normallaşması istiqamətində irəliləyiş kimi dəyərləndirib”, - məlumatda qeyd olunur.
Telefon danışığı zamanı tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər. **
B.Rüstəmbəyov
Yanvar-aprel aylarında Azərbaycanda yük daşımalarının həcmi 7,7% artıb
Manat avroya nisbətən bahalaşıb, rubla nisbətən ucuzlaşıb
Əliyev: 2030-cu ilədək Azərbaycanın enerji balansında bərpaolunan enerjinin payı 40%-ə çata bilər
Azərbaycanda mayın əvvəlindən bəri ilk dəfə COVID-19-dan ölüm qeydə alınıb
I rübdə Azərbaycanda bağlanmış nikahların sayı 41% artıb, boşanmaların sayı 2% azalıb
Yevlaxda avtomobil yolunun tikintisi üçün AAYDA-ya 2,1 milyon manat ayrılıb
Əliyev Zəngilanın kənd təsərrüfatı və turizm potensialını təhlil etməyi tapşırıb
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Özbəkistan Azərbaycanla enerji sahəsində dialoqa açıqdır
«Yelo Bank tərəfindən verilən kreditlərin 63%-i biznesin dəstəyinə yönəlib»
İyunun əvvəlində Bakı Enerji Forumu keçiriləcək