Rusiya Federasiyasının Həştərxan vilayəti Azərbaycan müəssisələrinə Xəzər klasterində öz istehsallarını yaratmağı təklif edir. Bunu Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bu gün Bakıda Prezident İlham Əliyevlə görüşdə deyib.
“Hazırda biz dəniz yük daşımalarının inkişafı ilə fəal məşğul oluruq. Olya limanı rayonunda liman iqtisadi zonası yaratmışıq. Onlar “Lotos” xüsusi iqtisadi zonası ilə birlikdə Xəzər klasterini təşkil edir. Azərbaycan müəssisələrinə klasterimizdə öz istehsallarını yaratmağı təklif edirəm”, - deyə Babuşkin bildirib.
Tərəflər Azərbaycanla Həştərxan vilayəti arasında iqtisadi-ticarət əlaqələrin inkişafı üçün əlverişli şəraitin yaradılması məsələsini müzakirə ediblər.
“İlk növbədə, bu, Bakıda azərbaycanlı tərəfdaşlarla işgüzar danışıqların aparılması üçün əsas meydança olacaq Həştərxan İşgüzar Mərkəzinin açılmasıdır. Bu mərkəz Həştərxan vilayəti ilə Azərbaycan arasında ticarətin genişlənməsinə və yeni biznes əlaqələrinin qurulmasına xidmət edəcək”, - deyə o qeyd edib.
Qubernator, həmçinin Prezident Əliyevə yeni layihə - Bakıda Həştərxan vilayətinin firma mağazalarının açılmasını təklif edib.
“Əminəm ki, bakılılarda Həştərxan məhsullarına da böyük tələbat olacaq. Biz də öz növbəmizdə, Azərbaycan biznesinə regionumuzda firma mağazaları açmaq üçün şərait yaratmağa hazırıq. Bu layihəyə dəstək verməyinizi xahiş edirəm”, - deyə o vurğulayıb.
Bu yaxınlarda Bakı-Həştərxan aviareysinin bərpa olunduğunu diqqətə çatdıran Babuşkin Azərbaycan tərəfinə uçuşların sayının artırılması imkanını nəzərdən keçirməyi təklif edib.
O, Həştərxan vilayəti ərazisində istixana komplekslərinin tikintisində Azərbaycandan olan biznesmenlərin iştirakında maraqlı olduqlarını bildirib, bu layihələrin həyata keçirilməsi üçün torpaq sahələrini azərbaycanlı investorlara icarəyə verməyə hazır olduqlarını deyib.
Hazırda Həştərxan vilayətində 400-ə yaxın azərbaycanlı tələbənin təhsil aldığını xatırladan Babuşkin Əliyevə Həştərxanın aparıcı universitetlərindən birinin Bakıda filialının açılmasını təklif edib. “Bu istiqamətdə artıq ilk addım atılıb: Həştərxan İşgüzar Mərkəzinin bazasında ADU-nun Təhsil, Elm və Texnologiya Mərkəzi fəaliyyətə başlayacaq”, - deyə o qeyd edib.
Qubernator Azərbaycanın Həştərxan vilayətində diplomatik nümayəndəliyi olmayan yeganə Xəzəryanı ölkə olduğunu xatırladaraq Azərbaycanın Həştərxanda fəxri konsulu vəzifəsinin təsis edilməsini təklif edib.
O, Azərbaycanda Rus Pravoslav Kilsəsinə və yerli pravoslav icmasına göstərilən dəstəyə görə Əliyevə təşəkkürünü bildirib.
Görüşün sonunda Babuşkin Əliyevi 2022-ci ilin mart-aprel aylarında keçirilməsi planlaşdırılan motosiklet yarışında iştirak etməyə dəvət edib. Marşrutun ilk ölkəsi Azərbaycan, daha sonra İran, Türkmənistan və Qazaxıstan olacaq.
Öz növbəsində, Əliyev Həştərxan qubernatoru ilə görüşün ənənəvi xarakter daşıdığını vurğulayıb.
“Bilirsiniz ki, Azərbaycan tərəfi Həştərxan vilayəti ilə əməkdaşlığa həmişə hazırdır. Ölkələrimizin həm iqtisadiyyatda, həm də sosial-humanitar münasibətlərdə böyük potensialı var. Dostluq çərçivəsində qonşularımıza və tərəfdaşlarımıza dəstək və diqqət göstərməyə hazırıq”, - deyə o bildirib.
Bu ilin 9 ayının yekunları üzrə Həştərxan vilayətinin Azərbaycanla xarici ticarət dövriyyəsi 10% artaraq $10 milyonu ötüb.*
E.Şəfiyev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət