ATƏT-in Minsk qrupunun həmsədr-ölkələrinin XİN başçıları (Rusiya, Fransa və ABŞ) sərhədlərin delimitasiyası və demarkasiyası üzrə konstruktiv işə və Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına çağırıblar.
“ATƏT-in Minsk qrupunun həmsədr-ölkələrini təmsil edən ABŞ Dövlət katibi Entoni Blinken, Rusiya Federasiyasının XİN başçısı Sergey Lavrov və Fransanın xarici işlər naziri Jan-İv Le Drian Minsk qrupunun həmsədrlərinin himayəsi ilə Ermənistanla Azərbaycan arasında birbaşa dialoqun bərpasını dəstəkləyirlər”, - ATƏT-in saytında dərc olunan bəyanatda deyilir.
Həmsədr-ölkələr tərəfləri sentyabrda Nyu-Yorkda, həmçinin noyabrda Parisdə keçirilən görüşlər zamanı Ermənistan və Azərbayan XİN başçıları arasında başlanan dialoqu davam etdirməyə, o cümlədən, regionda davamlı sülhün bərqərar olması məqsədilə rəhbərlik səviyyəsində təmasları davam etdirməyə çağırırlar.
Bəyanatda Ermənistan və Azərbaycanı təhrikçi ritorikadan və təxribat xarakterli hərəkətlərdən yayınmağa, Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti tərəfindən 9 noyabr 2020-ci il tarixində götürülən və 26 noyabr 2021-ci il tarixlndə təsdiq olunan öhdəliklərin, o cümlədən, atəşkəsə dair digər razılıqların tam icrasına çağırış vurğulanır.
“Həmsədr-ölkələr Ermənistanı və Azərbaycanı humanitar məsələlərdə konkret irəliləyişin əldə olunması məqsədilə həmsədrlərin himayəsi altında əlaqələri davam etdirməyə çağırırlar, (...), həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat və iqtisadi əlaqələrin bərpası kimi digər həll olunmamış məsələlər üzərində konstruktiv iş aparmağa çağırırlar”, - RF, ABŞ və Fransa XİN başçıları bildiriblər.
O cümlədən, həmsədr-ölkələr demarkasiya edilməmiş Ermənistan-Azərbaycan sərhədində bu yaxınlarda baş vermiş insidentlərdən narahatlıq ifadə ediblər, sərhədyanı mübahisələrin həlli üçün gücdən istifadənin və ya gücdən istifadə təhdidinin qəbuledilməz olduğunu təsdiq ediblər.
ATƏT-in Minsk qrupu “tərəfləri regionda həmdərdləri tezliklə qəbul etməyə, onlara yerlərində vəziyyəti qiymətləndirmək üçün imkan yaratmağa, görüşlərdə müzakirə olunan, yuxarıda qeyd olunan humanitar təşəbbüslərin reallaşdırılmasında gözə çarpacaq irəliləyiş əldə etməyə və gələcək təmaslar üçün gündəliyə əsasən razılıq əldə etməyə” çağırır.
Həmçinin, həmsədr-ölkələr Cənubi Qafqaz regionunun təhlükəsiz, stabil, firavan və sülh şəraitində gələcəyi üçün Azərbaycan-Ermənistan münaqişəsi ilə əlaqədar və ya ondan irəli gələn digər məsələlərin hərtərəfli həllinin axtarışı üçün tərəflərlə işə sadiqliyini təsdiq edirlər. **
R.Əhmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət