2021-ci ilin noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 588,9 min barel (oktyabrda 585,9 min barel) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2021-ci ilin noyabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 708,4 min barel olub. Bunun 588,9 min barelini xam neft, 119,5 min barelini isə kondensat təşkil edib”, - deyə məlumatda bildirilir.
Bu ilin noyabr ayı üçün Azərbaycanın gündəlik hasilat kvotası 647 min barel olub. Beləliklə, Azərbaycan noyabr ayında “OPEC plus” razılaşması çərçivəsində neft hasilatı üzrə öhdəliyini 110% yerinə yetirib.
“OPEC plus” ölkələri nazirlərinin iyul ayının 18-də keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilmişdir. Bu qərara əsasən, Azərbaycan gündəlik xam neft hasilatını avqustdan etibarən hər ay təqribən 7 min barel artırmaq imkanı əldə edib.*
N.Abbasova
Azərbaycan Türkiyədə zəlzələlərin fəsadlarının aradan qaldırılmasına $100 milyon ayıracaq
ABŞ Ermənistana Azərbaycanla sülh danışıqlarında kömək təklif edir
Azərbaycanda COVID-19-a 6 yoluxma faktı qeydə alınıb
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 400 milyon manatdan çox vəsait qaytarılıb
Ordubadın icra başçısı vəzifəsindən azad edilib
Paşinyan və Blinken Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını müzakirə ediblər
Qriqoryan KTMT baş katibini Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumatlandırıb
İrəvan Bakıya sülh müqaviləsi layihəsi ilə bağlı şərhlərini təqdim edəcək
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb
Birbank Visa kartları ilə xaricdəki ödənişlərə 2% keşbek hesablanacaq
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək