Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan hesab edir ki, Sünik vilayəti ərazisindən keçməklə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına dəmir yolunun tikintisi çərçivəsində respublika ərazisində dəmir yolunun bərpası üçün təqribən $200 milyon vəsait lazım olacaq.
“Hələlik konkret layihə və qiymətləndirmə yoxdur, amma Ermənistandan İrana dəmir yolu keçidinin təmiri üçün az məbləğ lazım olacaq. Mehri şəhəri ərazisində dəmir yolunun bərpası isə böyük məbləğdə sərmayə tələb edəcək. Bu sahədə keçmiş dəmir yolu tamamilə sökülüb, bu yol artıq avtomobil yoluna çevrilib. Düşünürəm ki, söhbət $200 milyondan gedir”, - deyə Kerobyan bu gün brifinqdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ən böyük məbləğdə investisiya Ermənistan sərhədindən Azərbaycan ərazisində Horadizə qədər dəmir yolunun tikintisi üçün nəzərdə tutulub.
“Orada da dəmir yolu tamamilə sökülüb. Bunun üçün $1 milyarddan artıq vəsait lazım olacaq”, - deyə erməni nazir əlavə edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət