Dekabrın 17-də Caspian Energy Club Yeni il bayram ziyafəti və “Caspian Business Award 2021” beynəlxalq mükafatının təqdimat mərasimini keçirib. Bu barədə Caspian Energy Club-un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Tədbir iştirakçılarını salamlayan Telman Əliyev qeyd edib: “Pandemiya dövründə şirkətlərimiz, Caspian Energy Club üzvləri üçün daha fəal və faydalı olmağa çalışdıq. Onlayn və offlayn formatda 200-dən artıq tədbir keçirtdik. “ENERGY for BUSİNESS” şüarımıza sadiq qalaraq biznes nümayəndələri ilə müsbət enerjimizi bölüşdük və onlara Caspian Energy Club-ın biznes enerjisini ötürdük.
2021-ci ili Azərbaycan xalqı qalib kimi qarşıladı. Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad etdi. Rekord qısa müddət ərzində haqlı olaraq Qarabağ və Şərqi Zəngəzurun hava qapısı hesab edilənFizuli hava limanı tikildi. Şəhid ailələri qarşısında baş əyir və “Dəmir yumruq” əməliyyatında iştirak etmiş hər kəsə təşəkkür edirik. Biz şəhid ailələrinə, müalicəyə və yardıma ehtiyacı olan qazilərə kömək edir və bundan sonra da edəcəyik.
Böyük sınaq və çətinliklərdən keçmiş dövlət qurumları və biznes birgə əməkdaşlığı davam etdirir, birgə layihələr həyata keçirir, biznesin qarşılaşdığı problemləri birgə həll edirlər. Biz bütün hökumət üzvlərinin xidmətlərini yüksək qiymətləndirir, ölkənin ali rəhbərliyi tərəfindən Azərbaycanda biznesin və investisiya mühitinin inkişafına göstərilən dəstəyə görə təşəkkür edirik. Hər bir nominant həm Azərbaycanda, həm də ümumilikdə regionda iqtisadi və sosial layihələrin inkişafına töhfələr verməyə davam edən bütöv həmfikirlər ordusudur. Bu gün “Caspian Business Award” beynəlxalq mükafatı ilə təltif olunanlar, uğurlu layihələr həyata keçirən, dinamik nəticələr göstərən, 2021-ci ildə biznesin inkişafında mühüm rol oynayan dövlət qurumları və şirkətlərin nümayəndələri ölkədə və regionda iqtisadiyyatın daha sürətli inkişafı üçün oriyentir rolunu oynayır.
Nominantlar Caspian Energy Club-a daxil olan yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilən sorğu nəticəsində müəyyənləşdirilib. Yeniliklərə, çətinlik və problemlərlə görüşə can atan gəmi formasında olan heykəl öz cəsur komandasını arxasınca aparan kapitanın mühüm rolunu simvolizə edir. Sirr deyil ki, güclü və özünə güvənən kapitansız güclü komanda olmur. İstənilən çətinlikdə problemi çözməyə qadir komanda olmadıqda isə güclü kapitan olmur. Beləcə, Caspian Energy Club-un beynəlxalq mükafatı BİZİM BİRLİKDƏ GÜCLÜ OLDUĞUMUZ faktını bir daha təsdiq etmiş olur. Bütün Caspian Energy Club üzvlərini Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik edir və yeni ildə daha böyük nailiyyətlər arzulayıram.
“Caspian Business Award” mükafatının təqdimetmə mərasimində dövlət qurumlarının, nazirliklərin rəhbərləri, Caspian Energy Club-ın üzv şirkətlərinin top-menecer və nümayəndələri iştirak ediblər.
“Biznes-hökumət dialoqunun inkişafına verdiyi töhfəyə görə” nominasiyasında“Caspian Business Award” mükafatına Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun idarə heyətinin sədri Valeh Ələsgərov, Milli Məclisin deputatı Tahir Mirkişili layiq görülüblər.
Daha sonra “Caspian Business Award 2021” mükafatı “İlin neft və qaz hasilatçısı” nominasiyasında SOCAR-ın “Azneft” İstehsalat Birliyin, “İlin qazma şirkəti” nominasiyasında SOCAR-ın Kompleks Qazma İşləri Tresti, “Regionların sosial inkişafına verdiyi xüsusi töhfəyə görə” nominasiyasında “Azəriqaz” İB, “İlin mobil operatoru” nominasiyasında NAR, “İlin kosmetika və parfümeriya mağazalar şəbəkəsi” nominasiyasında ADORE Kompani, “İlin logistika şirkəti” nominasiyasında ASE Logistics Group, “Qabaqcıl ödəniş vasitələrinin tətbiqi” nominasiyasında Azericard MMC, “İlin süd məhsulları istehsalçısı” nominasiyasında Azərsüd, “İlin yanacaqdoldurma stansiyalar şəbəkəsi” nominasiyasında Azpetrol LTD, “İlin mineral suyu” nominasiyasında Badamlı Mineral Sular MMC, “İlin İT şirkəti” nominasiyasında Bestcomp Geoup, “İlin reklam agentliyi” nominasiyasında BHB Strategic & Creativ CO., “Fərdi mühafizə vasitələrinin istehsalı üzrə ilin şirkəti” nominasiyasında Debet Safety, “İlin un məhsullarının istehsalçısı” nominasiyasında Delta Qrup C.O., “İlin reklam istehsalçısı” nominasiyasında VİTAM, “Ekoloji layihələrin icrasında fəal iştirakına görə” nominasiyasında Yağmur-2 MMC, “İlin bankı” nominasiyasında Yelo Banka təqdim olunub.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindənartıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb.“Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.Caspian Energy Club-ın mənzil-qərargahı Bakıda yerləşir. Caspian Energy Club-ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət