Bakı və İrəvan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinə ilkin şərtlər olmadan başlamalıdır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Sərhədlərin müəyyən edilməsi gündəlikdə duran ən vacib məsələlərdən biridir. Azərbaycan və Ermənistan müstəqillik əldə etdikləri 30 ilə yaxın dövr ərzində sərhədlərin delimitasiyasına başlamayıblar. Əlbəttə, bu, normal hal deyil və bunu qəbul etmək olmaz”, - deyə C.Bayramov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra Ermənistanla bütün sərhədi tam nəzarətə götürüb.
“Yeni vəziyyət, yeni reallıqlar sərhədlərin sivil qaydada müəyyən edilməsinə imkan yaradıb və Azərbaycan dəfələrlə buna çağırıb. 26 noyabrda Soçi görüşünün yekunları üzrə qəbul edilmiş sənəddə üçtərəfli formatda bu prosesin başlanılması zərurəti öz əksini tapıb. Hələ bu ilin may ayında Azərbaycan delimitasiya prosesinə başlanılması üçün İşçi qrupunun yaradılmasına razılıq vermişdi. Ancaq Ermənistan Azərbaycan üçün məqbul olmayan müəyyən şərtlər irəli sürmüşdü”, - deyə XİN başçısı qeyd edib.
C.Bayramov əlavə edib: “Hesab edirik ki, bu prosesə ilkin şərtlər olmadan başlamaq lazımdır, əgər biz də hər hansı şərtlər irəli sürməyə başlasaq, komissiyanın yaradılması uzun, sonu görünməyən prosesə çevrilə bilər”.
O vurğulayıb ki, Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyasına başlamağa hazırdır. “Güman edirik ki, qarşı tərəf bunun labüdlüyünü (Azərbaycanla sərhədlərin delimitasiyası prosesinin başlanmasını - İF), bu prosesin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğunu və delimitasiyanın alternativinin olmadığını dərk edir. Hesab edirik ki, yaxın vaxtlarda biz onlardan müsbət mesaj alacağıq. Digər tərəfdən, bu məsələnin (delimitasiya məsələsinin - İF) Soçi bəyanatında əks olunması o deməkdir ki, Ermənistan tərəfi sözügedən prosesi qəbul edir. Buna görə də yaxın vaxtlarda bunun (delimitasiya prosesinin başlamasının - İF) mümkün olacağını gözləyirik”, - deyə nazir bildirib.*
E.Şəfiyev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət