2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2020-ci illə müqayisədə 8,5% artıb. Bunu Fondun sədri Himalay Məmişov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
“Bu il DSMF-nin gəlirləri ötən illə müqayisədə 8,5% və ya 403 milyon manat artaraq 5 milyard 152 milyon manat təşkil edib. Xərclər 5 milyard 92 milyon manata bərabər olub ki, bu da 2017-ci illə müqayisədə 1,951 milyard manat və yaxud təqribən 49% çoxdur”, - deyə o bildirib.
Sədrin sözlərinə görə, DSMF-nin builki gəlirlərinin 3,81 milyard manatı məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalardır ki, bu da ötən ilə nisbətən 7,2% və ya 257 milyon manat çoxdur.
Büdcə təşkilatlarının hesabına 1,38 milyard manat, qeyri-büdcə təşkilatlarının hesabına isə 2,43 milyard manat sığorta haqqı toplanılıb. Dövlət büdcəsindən transfertlərin həcmi 1,313 milyard manat təşkil edib.
H.Məmişov qeyd edib ki, 2018-2021-ci illərdə pensiya ödənişləri ilə bağlı xərclər 40% - 4,591 milyard manatadək, müavinət ödənişləri üzrə xərclər 2,1 dəfə - 590 milyon manatadək artıb.
DSMF-nin 2021-ci il üçün kəsirsiz büdcəsinin gəlir və xərcləri 5 milyard 146 milyon 30,16 min manat məbləğində proqnozlaşdırılır.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət