Azərbaycan turist axını üzrə pandemiyadan əvvəlki göstəricilərə 2023-cü ildə çata biləcək. Dövlət Turizm Agentliyinin (DTA) rəhbəri Fuad Nağıyev belə hesab edir.
“Əminliklə demək olar ki, Azərbaycan postpandemiya dövrü üçün turistlərin tələbat və gözləntilərini qarşılamağa hazırdır. Ümumilikdə isə beynəlxalq təşkilatların da qiymətləndirmələrinə əsasən pandemiyadan əvvəlki vəziyyəti ciddi şəkildə ancaq 2023-cü ildən bərpa etmək mümkün olacaq. Ümid edirik ki, Azərbaycanda da 2019-cu ilin göstəricilərinə 2023-cü ildə çata biləcəyik və növbəti illərdə daha çox artıma nail olacağıq”, - deyə F.Nağıyev “Milli Məclis” jurnalına müsahibəsində bildirib.
O qeyd edib ki, 2021-ci ildə Azərbaycan bir sıra beynəlxalq turizm sərgilərində iştirak edib. Bu sərgilərdə yeni istiqamət – işğaldan azad olunmuş ərazilər nəzərə alınmaqla ölkənin turizm potensialı nümayiş etdirilib. F.Nağıyev Şuşa şəhərinin turizm potensialını xüsusilə vurğulayıb.
“Qarabağın milli və təhlükəsiz turizm zonası kimi tanıdılmasına nail olmaq üçün uzunmüddətli strategiyanın hazırlanması və mərhələli şəkildə icrası zəruridir. Bütövlükdə Qarabağ regionu, xüsusilə də Şuşa, Hadrut, Füzuli, Suqovuşan, Şərqi Zəngəzur bölgələri turizmin müxtəlif növlərinin - eko, sağlamlıq, mədəni, təbiət, dağ və qış turizminin inkişafı üzrə zəngin resurslara, geniş imkanlara malikdir”, - deyə DTA rəhbəri vurğulayıb.
2019-cu ildə Azərbaycana rekord sayda - 3,2 milyon nəfərə yaxın turist gəlib.
2020-ci ildə ölkəyə turist axını COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərlə əlaqədar 4 dəfə - 795,7 min nəfərə qədər azalıb.
2021-ci ildə bir sıra məhdudiyyətlərin yumşaldılması fonunda turist axını bir qədər artıb.*
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət