Sosial layihələrə xüsusi həssaslıqla yanaşan Yelo Bank Özünüməşğulluq Proqramında aktiv iştirakını davam etdirir. Bu dəfə Bank daha 4 vətəndaşın biznes arzularını gerçəkləşdirərək onlar üçün əsl Yeni il sürprizi etdi.
Avtotəmizləmə xidməti üzrə biznesə başlamaq arzusunda olan Alıyev Nicat lazımi avadanlıqlarla təmin edildi. Dəstək verilən digər vətəndaşların xanım iştirakçılar olması isə xüsusilə sevindiricidir. Quluzadə Cəmilə və Qurbanova Fatiməyə kiçik dərzi sexi üçün, Ələkbərova Esmiraya isə un məmulatlarının istehsalı üçün lazım olan bütün avadanlıqlar hədiyyə edildi. Beləliklə, ölkədə qadın sahibkarlığının inkişafı istiqamətində Yelo Bank öz töfhəsini verməyə davam edir.
Qeyd edək ki, Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında birgə imzalanan Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlarımız istehsal və ya xidmət avadanlığı ilə təmmənnasız təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır. Özünüməşğulluq proqramına ilk qoşulanlardan olmaqla yanaşı Yelo Bank bu layihənin həyata keçirilməsinə dəstək olmağa 2022-ci ildə də altiv davam edəcək.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq! Həmçinin, bizim parlaq Yelo App mobil tətbiqini yükləyərək, onlayn kredit almaq da mümkündür.
Yelo Bank – Parlaq bankçılıq!
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət