2021-ci il sentyabrın 30-na Azərbaycanda sığorta bazarının aktivləri 1 milyard 360 milyon 806,4 min manat təşkil edib ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 0,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə bazarındakı mənbə məlumat verib.
Bank hesablarında 372,755 milyon manat və ya aktivlərin 27,4%-i (azalma 14,4%), uzunmüddətli maliyyə aktivlərində 418 milyon 729,5 min manat (artım 9,3%), debitor borclarında 198 milyon 853,5 min manat (artım 23,1%), qalan məbləğ isə digər aktivlərdə toplanıb.
2021-ci il oktyabrın əvvəlinə sığorta sektorunun məcmu nizamnamə kapitalı 389 milyon 628,2 min manat (artım 2,2%) təşkil edib.
1 oktyabr 2021-ci il tarixinə sektorun sığorta ehtiyatları 752 milyon 65,8 min manat (artım 11,5%), ümumi bölüşdürülməmiş mənfəəti 60 milyon 333,7 min manat (azalma 1,9 dəfə) təşkil edib.
2021-ci il oktyabrın 1-nə Azərbaycanın sığorta sektorunda orta əmək haqqı 1878,3 manat təşkil edib, bu isə 2020-cu ilin analoji dövrünün göstəricisindən 19% çoxdur.
Ötən il oktyabrın 1-nə sığorta sektorunda 33 hüquqi şəxs qeydiyyata alınıb, onların 32-si özəl hüquqi şəxs (7 şirkət xarici kapitala malikdir - İF), 20-i sığorta şirkəti, 1-i təkrar sığorta şirkəti, 12-i isə broker şirkətidir. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət