Prezident İlham Əliyev Avropa İttifaqı ilə əməkdaşlıq perspektivlərini müsbət qiymətləndirir.
“Mən müsbət qiymətləndirirəm. Prezident Şarl Mişelin Azərbaycana səfəri və burada keçirdiyim görüş çox müsbət idi. Brüsseldə keçən ay keçirdiyimiz görüşlə bağlı eyni sözləri deyə bilərəm. Bizim üçün əsas məsələ, Avropa İttifaqı ilə gələcək planlarımızı düzgün tərtib etmək idi. Mən bunu dəfələrlə keçmiş rəhbərliklə görüşlər əsnasında dilə gətirmişdim”, - deyə dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində bildirib.
“Bildiyiniz kimi, biz assosiasiya sazişinə qoşulmadıq. Bu gün həyat göstərir ki, haqlı idik. Çünki qoşulan o biri ölkələr haqqında mən indi bir şey demək istəmirəm. Əgər biz real baxsaq bu assosiasiya sazişi nə verdi?! Əlbəttə ki, sual doğurur. Yəni, üzvlük perspektivi varmı? Yoxdur. Yəni, yaxın gələcəkdə və orta müddətli gələcəkdə yoxdur. Hansısa başqa imtiyazlar varmı? Bilmirəm”, - deyə İ.Əliyev qeyd edib.
Onun sözlərinə görə, Bakı Aİ ilə strateji tərəfdaşlığa dair yeni sazişlə bağlı danışıqların başa çatacağına ümid edir. “Deyirdim ki, biz gərək həyata keçirə bilmədiyimiz şeylərin, necə deyərlər, ətəyindən yapışmayaq. Real. Biz istəyirik ki, Avropa ilə daha yaxın əlaqələr olsun. Avropa da istəyir ki, onun sərhədlərində vəziyyət sabit olsun. Hesab edirəm ki, cənab Mişellə görüşlər əsnasında biz bu gündəliyi formalaşdıra bildik. Ümid edirəm, bu müştərək yanaşma imkan verəcək ki, tezliklə yeni sazişi də tamamilə razılaşdırılacaqdır. Çünki hazırda sazişin təqribən 90-92 faizi razılaşdırılıb. Bir neçə maddə var ki, orada fikir ayrılığı var. Amma hesab edirəm ki, ciddi iradə göstərilərsə, hər iki tərəfdən buna biz nail ola bilərik”, - deyə İ.Əliyev vurğulayıb.*
B.Rüstəmbəyov
KOBİA və “BusinessEurope” əməkdaşlığın genişlənməsi üçün birgə təşəbbüsləri müzakirə edib
Azərbaycanda COVID-19-a 2 yoluxma faktı qeydə alınıb
Yevlaxda avtomobil yolunun tikintisi üçün AAYDA-ya 2,1 milyon manat ayrılıb
Əliyev Zəngilanın kənd təsərrüfatı və turizm potensialını təhlil etməyi tapşırıb
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Özbəkistan Azərbaycanla enerji sahəsində dialoqa açıqdır
«Yelo Bank tərəfindən verilən kreditlərin 63%-i biznesin dəstəyinə yönəlib»
“Nar” abunəçiləri rəqəmsal xidmət kanallarına üstünlük verir
Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən əsaslı təmir işləri barədə məlumat
İyunun əvvəlində Bakı Enerji Forumu keçiriləcək