Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ildə 54,5 milyard manatlıq və ya 2020-ci illə müqayisədə 5,2% çox sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 18,9% artıb.
Sənaye məhsulunun 64,5%-i mədənçıxarma sektorunda, 29,9%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda tikinti materiallarının istehsalı 80,6%, əczaçılıq məhsullarının istehsalı 58,3%, tütün məmulatlarının istehsalı 54%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 46,7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 29,8%, toxuculuq sənayesi məhsullarının istehsalı 26,8%, kağız və karton istehsalı 26,5%, kimya sənayesi məhsullarının istehsalı 25,5%, mebel istehsalı 24,8%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 21,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,4%, hazır metal məmulatlarının istehsalı 17,4%, metallurgiya sənayesi məhsullarının istehsalı 16,9%, neft məhsullarının istehsalı 13,4%, qida məhsullarının istehsalı 10,2%, kompüter, elektron və optik məhsulların istehsalı 8,3%, içki istehsalı 2,3% artıb, maşın və avadanlıqların istehsalı 9,1%, elektrik avadanlıqlarının istehsalı 11,2%, geyim istehsalı 21,7%, ağacın emalı və ağacdan məmulatların istehsalı 38,3%, poliqrafiya məhsullarının istehsalı 45,2%, sair nəqliyyat vasitələrinin istehsalı 92,6% azalıb.
Elektrik enerjisi,qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7,1%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 18,2% artıb.
2020-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi COVID-19 infeksiyası ilə əlaqədar məhdudiyyətlərin tətbiq olunması və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması fonunda 5% azalıb.*
N.Abbasova
Bakı və Nur-Sultan çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığı müzakirə edib
Ərdoğan: Türkiyə və Azərbaycanın həmrəyliyi regionda sülh və sabitliyin təminatçısıdır
XİN: Azərbaycan İraqdan iki uşağı repatriasiya edib
Azərbaycanda COVID-19-a 9 yoluxma faktı qeydə alınıb
Əliyev XXXIII Yay Olimpiya Oyunlarını yayım hüququnun əldə edilməsi üçün $640 min ayırıb
Yevlaxda avtomobil yolunun tikintisi üçün AAYDA-ya 2,1 milyon manat ayrılıb
Əliyev Zəngilanın kənd təsərrüfatı və turizm potensialını təhlil etməyi tapşırıb
Blinken: ABŞ sərhədlərin demilitarizasiyasında Ermənistan və Azərbaycana yardım etməyə hazırdır
Paşinyan Əliyev və Mişellə Brüssel görüşünü müsbət qiymətləndirib
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Özbəkistan Azərbaycanla enerji sahəsində dialoqa açıqdır
«Yelo Bank tərəfindən verilən kreditlərin 63%-i biznesin dəstəyinə yönəlib»
İyunun əvvəlində Bakı Enerji Forumu keçiriləcək