Rəsmi Bakı Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məqsədilə iki ölkə arasında təmasların başlanmasını alqışlayır. Bu fikirləri xarici işlər nazirinin müavini Xələf Xələfov səsləndirib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq qəbul edilmiş birgə bəyanatlar və o bəyanatlarda əksini tapmış razılaşmaların yerinə yetirilməsinin alternativi yoxdur.
“Bu gün region sülh və sabitlik istiqamətində inkişaf etməlidir. Bu məqsədlərə xidmət edən yeganə üsul region ölkələri arasında münasibətlərin normallaşdırılması, düşmənçiliyin kənara atılması, ölkələr arasında etimadın gücləndirilməsi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi, kommunikasiyaların açılması və dövlətlər arasında əməkdaşlıq mühitinin formalaşmasından keçir. Ona görə də bu gün Türkiyənin təşəbbüskarı olduğu Türkiyə-Ermənistan təmaslarının başlanmasını alqışlayırıq, dəstəkləyirik. İnanırıq ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması da Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasının şərtindən keçir”, - deyə X.Xələfov bildirib.
“İlk növbədə bu, erməni xalqının, daha sonra regionun digər ölkələrinin və xalqlarının mənafeyinə, maraqlarına cavab verir. Ona görə də bu prosesləri davam etdirmək lazımdır və təbii ki, biz bu prosesi dəstəkləyirik. Bunun davamlı olması, etimadın daha da gücləndirilməsi üçün ölkələr arasında kommunikasiyalar açılmalıdır, əlaqələr bərpa olunmalıdır, normallaşdırılmalıdır. Birmənalı olaraq düşmənçilik əhval ruhiyyəsi, düşmənçiliyə yönəlmiş ideologiya basdırılmalıdır, gündəlik həyatdan çıxarılmalıdır, bundan imtina edilməlidir. Əgər Ermənistan bu gün düşmüş olduğu ağır sosial, iqtisadi, siyasi böhrandan çıxmaq istəyirsə, təbii ki, o, regionda apardığı, indiyə qədər sərgilədiyi münasibətləri və siyasəti dəyişməli, xoş niyyət nümayiş etdirməli, normallaşmağa getməli, düşmənçilikdən imtina etməli, ölkələrin bir-birinə qarşı etimadını qazanmalıdır. Bu etimadın bərpa olunması üçün ölkələr bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlıq məsələlərinə sadiqliyini göstərməlidir. Bütün bunlar baş verməsə bu prosesi irəli aparmaq əlbəttə çətindir”, - deyə nazir müavini qeyd edib.
Diplomat ümidvar olduğunu bildirib ki, Türkiyə ilə Ermənistan arasında dialoqun başlanması nəticəsində, ümumiyyətlə, regionda münasibətlərin sağlamlaşması daha da güclənəcək və Azərbaycan-Ermənistan arasında normallaşma sürətlə gedəcək. Həmçinin üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi sürətlənəcək və daha da uğurlu olacaq.*
R.Kərimov
Yanvarda Azərbaycan Türkmənistandan 161 milyon kubmetrdən çox bəyan edilmiş qaz idxal edib
Yanvar-fevral aylarında Azərbaycan banklarının aktivləri 0,9% azalıb, mənfəəti 34,7% artıb
Yanvar-fevral aylarında İKZF-nin müvəkkil bankları ipoteka kreditləşməsini 23% artırıb
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət