2021-ci ildə Azərbaycanda ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşüb. Bu barədə hökumətin Azərbaycanda ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsində bildirilib.
Qeyd olunub ki, 2021-ci ildə Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunub.
Ötən il ölkənin kənd təsərrüfatı və ərzaq idxalı 2,1 milyard dollar olmaqla ümumi idxalın 18%-ni təşkil edir.
Dünya bazarlarında taxılın qiymətində 2021-ci ilin dekabr ayında son iki ilə nəzərən 45%-dən çox artım baş verib. Belə ki, 2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabr ayında 340 dollara qədər artıb.
Ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə Hökumət tərəfindən həyata keçirilən tədbirlər barədə danışan baş nazir Əli Əsədov daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləğinin artırıldığını, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsinin 2024-cü ilədək uzadıldığını, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlərin ayrıldığını bildirib.
Vurğulanıb ki, təbii olaraq bütün görülmüş kompleks tədbirlərə baxmayaraq buğda və unun qiymətlərinin real qiymətlərdən uzunmüddətli dövrdə belə aşağı səviyyədə saxlanılması çətin məsələ idi və nəticədə unun və çörəyin qiyməti artıb.
“Ölkənin strateji valyuta ehtiyatlarının 2,5 milyard dollara yaxın artaraq 53,2 milyard dolları ötdüyü və xarici dövlət borcunu 6 dəfədən çox üstələdiyi bildirilib. Bütövlükdə, 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub”, - deyə hökumət qeyd edir.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% (2020-ci ildə 2,8%) təşkil edib.*
B.Rüstəmbəyov
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı iki dəfə azalıb
Polis əməkdaşı Füzuli rayonunda minaya düşüb
Azərbaycanda COVID-19-a gündəlik yoluxma halları 29,4% azalıb
Baş plan: Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisi 237 hektar təşkil edəcək
Prezident Əliyevə Kəlbəcər şəhərinin baş planı təqdim edilib
“AzerGold” Daşkəsəndə sosial layihələrə 610 min manat yönəldəcək
Mirzoyan İrəvanın Bakı ilə sülh sazişi üzrə məsləhətləşmələrə başlamağa hazır olduğunu bəyan edir
Lavrov: “Aİ və NATO Rusiya ilə müharibə üçün koalisiya toplayır”
Lavrov: “Minsk qrupu fəaliyyətini ABŞ və Fransanın təşəbbüsü ilə dayandırıb”
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
“Veysəloğlu” alman markası “Rossmann”ı ölkəmizə gətirdi!
Yelo Bank-dan 100 000 manatadək mikro biznes krediti
SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə Kapital Bank arasında əməkdaşlıq memorandumu imzalanıb
İyunun sonunda Bakıda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq