2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 1 milyon 890,2 min ton buğda idxal edilib ki, bu da 2020-ci ilin 11 ayının göstəricisindən 17% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $287 milyon 557,6 min (artım 9,5%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $128 milyon 171,4 min dəyərində (artım 2,4 dəfə) 270,7 min ton şəkər xammalı və şəkər (artım 1,7 dəfə), $155 milyon 831,8 min dəyərində (artım 34,4%) 113,7 min ton bitki yağı (azalma 10,7%), $55 milyon 545 min dəyərində (artım 11,9%) 12,669 min ton çay (artım 3,3%), $70 milyon 111,8 min dəyərində (azalma 4,4%) 13,48 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 9,5%) idxal edilib.
Yanvar-noyabr aylarında respublikaya $20 milyon 46,3 min dəyərində (azalma 41,2%) 5,068 min ton iribuynuzlu heyvan əti (azalma 43,9%), $36 milyon 39,5 min dəyərində (artım 16,3%) 27,322 min ton quş əti və quş əti məhsulları (artım 3,2%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $103 milyon 477,4 min dəyərində (artım 5,6%) 109,9 min ton meyvə (artım 3%), $18 milyon 101,5 min dəyərində (artım 33,3%) 35,297 min ton tərəvəz (artım 46,8%), $49 milyon 589,2 min dəyərində (artım 13,9%) 191 min ton kartof (artım 19,9%) idxal edilib.
11 ay ərzində ölkədən $158 milyon 68,6 min dəyərində (azalma 23,8%) 156,3 min ton tərəvəz (azalma 23,9%), $345 milyon 219,9 min dəyərində (artım 13,3%) 303,8 min ton meyvə (artım 17,6%), $39 milyon 873,1 min dəyərində (artım 18,1%) 91,834 min ton kartof (artım 12,9%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $27 milyon 835,5 min dəyərində (artım 29,8%) 52,46 min ton şəkər (artım 7,1%), $13 milyon 391,2 min dəyərində (artım 29,3%) 10,004 min ton bitki yağı (azalma 16,1%) ixrac edilib.
Yanvar-oktyabr aylarında Azərbaycan $13 milyon 489,7 min dəyərində (azalma 6,6%) 11,158 min ton meyvə və tərəvəz şirələri (artım 4,4%), $3 milyon 343,4 min dəyərində (azalma 4,7%) 221 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 8,6%), $8 milyon 458 min dəyərində (artım 7,1%) 7,569 min ton meyvə və tərəvəz konservləri (artım 20,2%), $11 milyon 105,8 min dəyərində (artım 0,9%) 4,238 min ton tütün (azalma 3,2%) ixrac edib.**
B.Rüstəmbəyov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət