Azərbaycan prezidenti İlham Əliyevin Fransada keçiriləcək prezident seçkilərində namizəd Valeri Pekresin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar haqlı mövqeyi təbii haldır, tam məntiqlidir və düzgündür. Bu barədə Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bəyan edib.
“Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Valeri Pekresin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar haqlı mövqeyini bildirib. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təməl prinsiplərinə bu cür etinasız münasibət qəbuledilməzdir və buna sərt reaksiyanın verilməsi təbii haldır, tam məntiqlidir və düzgündür”, - Seyidovun bəyanatında deyilir. Bəyanat Milli Məclisin mətbuat xidməti tərəfindən yayılıb.
O qeyd edib ki, Azərbaycan hökuməti “hər zaman olduğu kimi, öz ərazi bütövlüyünü və suveren hüquqlarını müdafiə edəcək”, dövlət sərhədlərinin təhlükəsizliyinin və toxunulmazlığının qorunması isə Azərbaycanın ali vəzifəsi olaraq qalacaq.
Seyidov Fransa Parlament üzvlərini beynəlxalq qanunları kobud şəkildə pozan “cinayət xarakterli bu cür əməllərə” son qoymağa çağırır.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tövsiyə edirik ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Driana müraciət ünvanlayaraq, onun diplomata yaraşmayan açıqlamasını təkzib etməsi və Azərbaycan Respublikasının Prezidentindən üzr istəməsi tələb olunsun”, - Seyidov vurğulayır.
Xəbər verildiyi kimi, yanvarın 12-də prezident İlham Əliyev Azərbaycan telekanallarına müsahibsində bəyan edib ki, Pekres rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ regionuna səfər edib və burada müvəqqəti olan rusiyalı sülhməramlılar həmin səfəri qarşısını almayıblar. “Bizə belə bir cavab verildi ki, biz (sülhməramlılar - İF) görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. Halbuki, əlbəttə, bu, inandırıcı deyil və mən necə var elə də deməliyəm, müsbəti də, mənfini də. Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokommisar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq”, - Əliyev vurğulayıb.
Əliyev əlavə edib ki, əgər rəsmi Bakının bu səfər barədə xəbəri olsaydı ki, Pekres və onun yol yoldaşlarını Azərbaycan ərazisindən geri buraxmayacaqdı.
Fransanın xarici işlər naziri Jan İv Lö Drian yanvarın 18-də bu ölkənin Milli Assambleyasında bəyan edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekressin Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar söylədiyi fikirlər “forma və mahiyyət etibarilə qəbuledilməzdir”. Öz növbəsində, Azərbaycan XİN bəyan edir ki, nazir Lö Drian tərəfindən digər ölkənin dövlət başçısının açıqlamasının məsuliyyətsiz və qəbuledilməz formada şərh edilməsi diplomatik ənənələrlə ziddiyyət təşkil edir.**
E.Şəfiyev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət