Ermənistan prezidenti Armen Sarkisyan istefa verdiyini bəyan edib.
“Uzun zamandır düşündüm, təxminən 4 il fəal işdən sonra Ermənistan prezidenti postundan istefa verməyə dair qərar qəbul etdim. Bu qətiyyən emosional qərar deyil və müəyyən məntiqə əsaslanır”, - Ermənistan prezidentinin saytında dərc olunan Sarkisyanın bəyanatında deyilir.
O qeyd edib ki, “prezident ölkə və xalq üçün hazırki mürəkkəb dövrdə daxili və xarici siyasətdə baş verən proseslərə təsir etmək üçün zəruri alətlərə malik deyil”.
“Dövlətimiz üçün mürəkkəb, milli birliyin zəruri olduğu bir zamanda prezident institutu dedi-qodu və əlbirlilik obyekti olmamalı, bununla da ictimaiyyəti ən vacib məsələlərdən yayındırmamalıdır. Bu gün bizə, indiyə kimi görülməmiş bir dərəcədə ağıllı, yaxşı düşünülmüş, süurlu hərəkətlər lazımdır. Əks halda, biz, bütün dünya erməniləri missiyamıza nail olmayacağıq, tarixin kənarında qalacağıq. Bizim artıq səhv etmək hüququmuz yoxdur”, - Sarkisyan bəyan edib.
Ermənistan prezidenti bəyanatında qeyd edib ki, 1990-cı ilin əvvəlində, ciddi geosiyasi dəyişikliklər baş verdiyi zaman erməni xalqı müstəqil dövlətini yaratmaq üçün çox geniş imkanlar əldə etdi.
“Bizim missiyamız bir bayrağı digəri ilə əvəz etməkdən ibarət olmayıb, əsrlər ötdükcə yenidən təhlükəsizlik, tərəqqi və ermənilərin rifahını təmin edəcək ölkə yaratmaq olub. Vurğulayım ki, müstəqil dövlətin mövcudluğunun əsas məqsədi – məsuliyyəti üzərinə götürmək və qələbələrimiz və məğlubiyyətlərimizin əsas səbəbkarı məhz özümüzün olduğunu dərk etməkdir. Bu cür tarixi imkandan ruhlanaraq mən, bir çox həmvətənlərim kimi, özümü bu missiyaya həsr etdim. Müxtəlif mərhələlərdə mənim iştirakım müəyyən səbəblərdən dəyişirdi, lakin sonuncu milli uğura inamım itmirdi”, - Sarkisyan bəyan edib.
O qeyd edib ki, Ermənistan prezidenti olmaq təklifinə razılığının əsas səbəbi bu idi.
2018-ci il martın əvvəlində Ermənistan parlamenti tərəfindən Sarkisyan prezident seçilib və aprelin 9-da səlahiyyətlərini icra etməyə başlayıb. Yeni Konstitusiyaya uyğun olaraq, prezident 7 illik müddətə seçilib.
Sarkisyan bəyan edib ki, bir müddət sonra 2018-ci ilin aprel-may hadisələri baş verdi, inqlab nəticəsində indiki baş nazir Nikol Paşinyan hakimiyyətə gəldi.
“Sual meydana gələ bilər ki, niyə mən həmin vaxt istefa vermədim? Cavab aydındır – çünki Respublikanın prezidenti olaraq məsuliyyəti öz üzərimə götürdüm. Gələcəkdə daxili parçalanmanın dərinləşməsi, son dərəcə mənfi nəticələrə gətirə biləcək mümkün qarıdurmaların qarşısını almaq üçün əlimdən gələni etmək mənim borcum idi. Uzun illər ərzində əldə etdiyim müfuzu və əlaqələri, beynəlxalq sisyais və iqtisadi potensialı güclü, stabil dövlətin qurulması üşün istifadə etməyə çalışmışam”, - Sarkisyan bəyan edib.
“Yenə də sual meydana gələ bilər, nə üçün prezident bizi hazırki milli böhrana gətirən siyasi hadisələrə təsir edə bilməyib. Səbəb, yenə də aydındır: müvafiq alətlərin olmaması. Bizdə paradoksal vəziyyət yaranıb, prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin qarantı olmalıdır”, - Sarkisyan bildirib.
Onun sözlərinə görə, Ermənistan məzmunca deyil, formaca parlament respublikasıdır.
“Təklifimin məqsədi bir idarəçilik formasından digərinə keçid deyil, dövlət sisteminin yaradılmasıdır. Sadam ki, Konstitusiyaya dəyişikliklər üzrə komissiya yaradılıb, buna görə hökumətə minnətdaram. Ümid edirəm ki, bir müddətdən sonra konstitusiya dəyişiklikləri baş verəcək, növbəti prezident və prezident institutu daha balanslaşdırılmış və razlaşdırılmış mühitdə fəaliyyət göstərə biləcək”, - Sarkisyan deyib.
O qeyd edib ki, Ermənistan unikal reallıqda yaşayır, hansında ki, prezident müharibə və sülh məsələlərinə təsir edə bilmir. “Dövlət və xalq üşün məqsədəuyğun hesab etmədiyi qanunlara veto qoya bimədiyi reallıqda. Prezidentin imkanları dövlət üçün üstünlük deyil, müxtəlif siyasi qruplar tərəfindən təhlükə olaraq qəbul edilən reallıqda”, - o qeyd edib.
“Prezidentin öz potensialının böyük hissəsindən sistemli daxili və xarici siyasi vəzifələrin həlli üçün istifadə edə bilmədiyi reallıqda. Dünyanın daimi burulqanlıq zonasında olduğu reallıqda, prezident isə ölkəsinə kömək etmək üçün konstitusiya alətinə malik deyil. Dövlət başçısı, bəzən isə onun ailə üzvləri müxətlif siyasi qrupların hədəfinə çevrildiyi reallıqda. Sonuncuları daha çox mənim keçmişim, müxtəlif əlbirlilik nəzəriyyələri və miflər maraqlandırır, nəinki prezident institutunun nailiyyətləri. Mənə bu cür “qayğı” mənəviyyat çərçivəsindən kənara çıxır və nəticə etibarilə sağlamlığıma birbaşa mənfi təsir göstərir”, - Sarkisyan bəyan edib. **
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət