Hərbi Gürcüstan yolunda qar uçqunu təhlükəli hissəni dolay yolla keçməklə Xaç aşırımı vasitəsilə 23 km-lik Kveşeti-Kobi trasının tikintisi fəal mərhələyə daxil olub. Bu barədə “İnterfaks”a Gürcüstan Regional İnkişaf Nazirliyinin avtomobil yolları departamentinin rəhbəri Qeorqi Tsereteliyə istinadən məlumat verilib.
Layihəyə əsasən, 9 km uzunluqda və 15 metr diametrlik tunelin, o cümlədən 5 körpünün tikintisi nəzərdə tutulur. Tseretelinin sözlərinə görə, əsas tunelin 2 km-dən çoxu artıq keçilib, evakuasiya tunelinin 2,2 km-i artıq hazırdır.
Bu hissəni tikintisi sona çatandan sonra Gürcüstanı Ermənistan və Rusiya ilə birləşdirən “Şimal-Cənub” nəqliyyat dəhlizi bütün ili fəaliyyət göstərəcək. Hazırda Kveşeti-Kobi hissəsində qar uçqunu və torpaq sürüşməsi təhlükəsi səbəbindən ildə təxminən 100 gün ərzində bağlanır.
Tikinti işlərinin 2024-cü ildə tamamlanması nəzərdə tutulur. Dəyəri təqribən $400 milyon təşkil edən layihənin reallaşdırılması üçün Gürcüstan hökuməti Asiya İnkişaf Bankı və AYİB-dən kreditlər alıb.
Bakı ilə İrəvan arasında Ermənistan ərazisindən keçərək Azərbaycanı Naçxıvan və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə olunan razılıqla əlaqədar bu beynəlxalq trasın əhəmiyyəti daha böyük önəm qazanır. 2024-cü ildə marşrutun bərpası nəzərdə tutulur. Nəticədə, Ermənistan Azərbaycan Dəmir Yolları vasitəsilə RF ilə birləşəcək.
Gürcüstanda qorxurlar ki, Zəngəzur nəqliyyat dəhlizi istifadəyə veriləndən sonra ölkənin tranzit potensialı təhlükə altında qalacaq. Hazırda RF və Ermənistan arasında bütün ticarət dövriyyəsi “Yuxarı Lars” sərhəd-keçid məntəqəsinə aparan Hərbi Gürcüstan yolundan keçir. O cümlədən, Türkiyədən Azərbaycana yüklər Gürcüstan ərazisindən daşınır. Lakin, bir sıra skspertlər hesab edirlər ki, Xaç aşırımı vasitəsilə tras il boyu təhlükəsiz olduqdan sonra Gürcsütanın tranzit potensialı üçün heç bir təhlükə yoxdur. Bütövlükdə, ölkədə tranzit imkanlarını gücləndirən digər layihələr də həyata keçirilir. **
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət